"Şelkunçiklə muzeydə tətil"...

27 Yanvar-28 Yanvar, 2018

Keçirilmiş

Elə bir uşaq tapılmaz ki, nağılları sevməsin. Sirlərlə dolu, möcüzəli, həyacanlı, eşq tərənnümlü və xoşbəxt sonluqla bitən nağılları isə uşaqlar xüsusilə sevir. Milli İncəsənət Muzeyi yeni tədbirini uşaqların həvəslə oxuduğu alman yazıçısı Ernest Teodor Amadeus Hoffmanın xalq nağılları əsasında yazdığı “Şelkunçik” (Fındıqsındıran və Siçanlar Kralı) əsərinə həsr etmişdir.
27-28 yanvar tarixində Milli İncəsənət Muzeyində gərçəkləşən “Şelkunçiklə muzeydə tətil” proqramını parlaq, şən və yaddaqalan etmək üçün balaca qonaqlarımıza çoxlu sayda rəngli və əyləncəli aktivitilər də təqdim olundu. Uşaqlar nağılın baş qəhrəmanı - məğrurluğu və cəsurluğu ilə balacaların könlünü fəth edən Şelkunçikin rəsmini yaradaraq panno üzərində quaşla rənglədilər. Rəngli kağızlardan Siçanlar kralı obrazında əlfəcin düzəldib, plastilindən “Şelkunçik”in kiçik fiqurunu yaratdılar. Uşaqlar üçün kiçik bir sehr olan “face art"ın köməyi ilə balacalar anındaca sevimli nağıllarının baş qərəmanına çevrildilər.
Bakı Xoreoqrafiya Akademiyasından dəvət olunmuş xoreoqraf İnara Zeynalova uşaqlara ilkin balet elementlərini aşıladı. Tədbirin əyləncəli hissəsi -nağılvari viktorina və kvestdə iştirak edən uşaqlar “Şelkunçik” nağılına həsr olunmuş kölgə tamaşasını böyük maraqla izlədilər.
Nağıl kimi keçən bu iki gün uşaqların uzun müddət yaddaşından silinməyəcəkdir.

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...