"Təmənnasız xeyirxahlıq, şəfqət və mərhəmət ifadəsi" günü...

17 Fevral-17 Fevral, 2018

Keçirilmiş

17 Fevral tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Biləcəri bələdiyyəsi İctimai – humanitar məsələlər sektorunun birgə təşkilatçılığı ilə “Təmənnasız xeyirxahlıq, şəfqət və mərhəmət ifadəsi” günü münasibəti ilə əlaqədar olaraq sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə məqsədi ilə “Şelkunçiklə muzeydə tətil” proqram təqdim olundu.

Proqramında ilk olaraq uşaqlar Ernest Teodor Amadeus Hoffmanın xalq nağılları əsasında yazdığı “Şelkunçik” (Fındıqsındıran və Siçanlar Kralı) əsəri əsasında hazırlanan “Kölgə tamaşası”nı izlədilər. Daha sonra cəsur Şelkunçikin obrazını quaşla panno üzərində yaratdılar. Muzeyin zəngin ekspozisiyası üzrə uşaqlara xüsusi hazırlanmış interaktiv ekskursiya təşkil edildi. Uşaqlar xoş təəssüratlarla muzeydən ayrıldılar.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...