HUMAY Milli Mükafatının 26-cı təqdimetmə mərasimi...

15 May-15 May, 2018

Keçirilmiş

1993-cü ildə “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis olunan HUMAY Milli Mükafatının 26-cı təqdimetmə mərasimi keçirildi. O, hər il tanınmış mədəniyyət xadimlərinə, eləcə də idman və televiziya nümayəndələrinə təqdim edilir.

Təltif olunmuşlar arasında ötən il 80 illik yubileyini qeyd edən Azərbaycan Milli İncəsənət Muzeyi xüsusi vurğulanır. “Azərbaycan Milli və Dünya sənət əsərlərinin geniş təbliği və qorunmasına görə” mükafatının təltifi “HUMAY” Milli Mükafatı Akademiyasının görkəmli mədəniyyət xadimlərinin qərarı ilə verilib.

Hazırda Milli İncəsənət Muzeyinin fondunda nadir eksponatların çoxluq təşkil etdiyi 18 mindən artıq incəsənət əsəri saxlanılır. Muzey paytaxtın mədəni həyatının ayrılmaz hissəsi və fəal iştirakçısıdır.

15 may 2018-ci il tarixində akt zalında muzeyin bütün əməkdaşları və Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə təntənəli yığıncaq baş tutdu. Hər bir əməkdaşın ayrılmaz hissəsi olduğu “respublikanın aparıcı muzey ruhunu” ötürən tədbirin kameralı abu-havası bütün iştirakçıların qarşılıqlı səmimi münasibətini əks etdirirdi.

İştirakçıların məğrur baxışlarında kəsişən “qanadlı” heykəlcik, məhz birlik və öz işinə bağlılıq müvəffəqiyyətin təminatı oldu. Hər kəs onda öz əməyinin bəhrəsini və töhfəsini görürdü.

Təntənəli tədbiri açan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev hər kəsi salamlayaraq, muzeyin kolletivini daha bir “zirvə” ilə təbrik etdi.

Daha sonra söz respublikanın Mədəniyyət Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayevə verildi. O, xüsusilə vurğuladı: “Uzun illər ərzində formalaşan Azərbaycan Milli İncəsənət Muzeyi öz fəaliyyətinin ən yüksək çiçəklənmə dövrünü yaşayır. Bu nailiyyət bir başa Milli İncəsənət Muzeyinin rəhbəri, professor Çingiz Fərzəliyevin uğurlu siyasəti ilə bağlıdır. Bu gün muzey ən tələbkar qonaqları belə məmnun etmək bacarığına qadirdir. Muzeyin ekspozisiyasına maraq göstərənlərin əksəriyyətinin gənclər və uşaqların olması çox sevindirci haldır. Muzeyin bütün əməkdaşlarını bu əlamətdar gün münasibəti ilə təbrik etmək və daha böyük müvəffəqiyyətlər arzulamaq istəyirəm.”

Mədəniyyət Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova çıxışında Azərbaycan Milli İncəsənət Muzeyinin ölkənin ən aparıcı muzeyi olduğunu qeyd etdi. “Milli və dünya xalqlarının maddi-mənəvi mədəni irsini qoruyub saxlayan muzey beynəlxalq aləmdə öz nüfuzu ilə seçilir. Muzeyin günü-gündən artan uğuru bütün əməkdaşlarının öz işinə böyük sevgi və qayğısı ilə əlaqədardır” - deyə xanım Hüseynova bütün səmimiliyi ilə vurğuladı.

Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi işlər üzrə direktor müavini Xədicə Əsədova muzeyinin direktoru, professor Çingiz Fərzəliyevə minnətdarlığını bildirərək: "Son illər Milli İncəsənət Muzeyi davamlı inkişafı istiqamətində davamlı irəliləyişi ilə ölkənin qabaqcıl muzeylərindən birinə çevrilib. Bu uğurlar muzeyin direktoru, professor Çingiz Fərzəliyevin gərgin əməyinin göstəricisidir.

Həmçinin muzeyin struktur rəhbərləri təbrik və minnətdarlıq çıxışlarından sonra muzeyin direktoru hər bir əməkdaşı şəxsən təbrik edərək, onlara gül dəstələri ərmağan etdi. Bütün tədbir boyunca zalda alqış səsləri duyulur və üzlərdən təbəssüm əskik olmadı.

Milli bədii ənənələrin tarixi inkişafını geniş və hərtərəfli əhatə edən və muzeyin daimi ekspozisiyanın ayrılmaz hissəsini olan sərgi “Azərbyacan incəsənəti minilliklər boyunca” mədəni ictimaiyyətin xüsusi diqqətini cəlb edir . 2017-ci ildən muzey, ölkələr və regionlar üzrə tematik sərgilərin təqdim olunduğu “Dünya incəsənəti Milli İncəsənət Muzeyinin kolleksiyasından" fundamental layihəsini gerçəkləşdirir. Bu sərgilərdə nümayiş olunan eksponatların böyük əksəriyyəti ilk dəfə olaraq geniş ictimayyətə təqdim edilir.

Muzey respublikanın azyaşlı uşaqlarının daxil olduğu müxtəlif yaş kateqoriyaları üçün çoxsaylı tədbirlər keçirir. Həmçinin sərgi zallarında daima müxtəlif sərgilər, mühazirə və ədəbi gecələr təşkil edir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...