Professor Çingiz Fərzəliyev xatirə medalı ilə təltif edildi...

09 Fevral-09 Fevral, 2018

Keçirilmiş

Fevralın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları azərbaycanlı sənət adamlarına təqdim edilib.

Türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinov Əməkdar incəsənət xadimi, Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyevi xatirə medalı ilə təltif edib.

Tədbirdə çıxış edən təşkilatın rəhbəri Düsen Kaseinov bildirib ki,  “Azərbaycan xalqı incəsənətin müxtəlif  sahələrində dahi sənətkarlar yetişdirmişdir. Bu sənətkalar böyük hörmətə və yüksək diqqətə layiqdirlər. Azərbaycanla bağlı çoxsaylı tədbirlərimiz olub və bu gələcəkdə də davam edəcək. Təşkilatın medalı indiyədək Azərbaycandan bir neçə sənətkara təqdim olunub. Biz çox şadıq ki, Azərbaycanda da TÜRKSOY-a yüksək səviyyədə münasibət var. Bilirsiniz ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrin ildönümüdür. TÜRKSOY-un 25-ci, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik ,elece de Türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun 90 illik ildönümüdür.TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir. Bu işdə bizə töhfə verən Azərbaycanın sənət adamlarına hər zaman minnətdarıq”.

Çingiz Fərzəliyev çıxışında Prezident İlham Əliyev tərəfindən aparılan dövlət idarəçiliyi sahəsindəki uğurlu siyasətini, mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiyini və  öz minnətdarlığını  bildirdi. Həmçinin təşkilatın rəhbəri Düsen Kaseinovin yaradıcı insan və böyük şəxsiyyət kimi fəaliyyətini dəyərləndirdiyini vurğuladı.

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...