"Tarixi prosesdə Osmanlı miniatürləri" adlı sərgisi açılıb...

28 Mart-31 Mart, 2018

Keçirilmiş

Martın 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Emre İnstitutu və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Tarixi prosesdə Osmanlı miniatürləri” adlı sərginin açılışı baş tutdu. Qeyd edək ki, sərgi, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən “Mart Soyqırımı”nda şəhid olmuş soydaşlarımızın əziz xatirəsini yad etmək və Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun quruluşlarının 100-cü ildönümü münasibəti ilə bədbinlikdən uzaq, nikbin ruhda, tariximizdə olanlardan nəticə çıxarmaq, milli birliyimizin daha da güclənməsi və yenilməzliyimizin nümayişinə  həsr edilmişdir
Tədbirdə giriş sözü ilə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb. Dünyada bir-birinə yaxın olan, bir-birinə bu qədər dəstək verən ikinci dövlətlər yoxdur. Türkiyə ilə Azərbaycan arasında son illər sosial-iqtisadi və mədəni əlaqələrin xeyli genişləndirildiyini vurğuladı. Həmçinin o çıxışında bildirib ki: “Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrənməli və öyrətməliyik”. 
Çıxışı davam etdirən Bakıdakı Yunus Əmrə İnstitutunun Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir “Tarixi prosesdə Osmanlı miniatürləri” adlı sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, yarandığı vaxtdan dünyada ən böyük mədəniyyətlərdən sayılan Osmanlı mədəniyyəti təkcə tarix və ədəbiyyata deyil, eləcə də yetişdirdiyi miniatür ustaları ilə bəşəriyyətə böyük töhfələr verib. XV əsrdən başlayan Osmanlı miniatür sənəti adıçəkilən imperiyanın dağılmasından sonra da bəzi miniatürçü rəssamlar tərəfindən öz mövcudluğunu qoruyub saxlayıb. 
Sərgidə fərqli ölçü və formatlarda olan görkəmli türk miniatür ustaları tərəfindən çəkilmiş 40 ədəd Osmanlı miniatürü təqdim edilir.
Sənətsevərlərin nəzərinə çatdırırıq ki, sərgi 2018-ci ilin mart ayının sonunadək davam edəcəkdir.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...