Ümumilli lider H.Əliyevin 88 illiyinə həsr olunmuş konsert...

10 May-10 May, 2011

Keçirilmiş

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyi və M. Rastropoviç adına 21 saylı musiqi məktəbinin birgə layihəsi əsasında Ümummilli lider H. Əliyevin 88-ci il dönümünə ithaf olunmuş konsert keçiriləcək.

Konsertdə M. Rastropoviç adına 21 saylı musiqi məktəbinin Prezident təqaüdçü şagirdləri -  II Respublika müsabiqəsinin, N. Əliverdibəyov adına V Bakı müsabiqəsinin, M. Rostropoviç adına I Bakı müsabiqəsinin laureatı,  IX sinif şagirdi Mayılov Kənan, I Respublika müsabiqəsinin, M. Rostropoviç adına I Bakı müsabiqəsinin laureatı, X sinif şagirdi Ağazadə Elgün, I və II Respublika müsabiqəsinin, M. Rostropoviç adına I Bakı müsabiqəsinin laureatı, N. Əliverdibəyov adına V Bakı müsabiqəsinin Gran-Pri mükafatçısı Kamran Ömərli çıxış edəcəklər. Onları sinif müəllimi İlhamə Ağayeva və konsertmeyster  Arzu Səfərova müşayiət edəcəklər. Gəcədə S. Raxmaninov , K. Sen-Sans, H. Venyavski və N. Milşteynin əsərləri ifa olunacaq.

Konsert 10 may 2011-ci il saat 17.00-da R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət muzeyinin Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında keçiriləcəkdir.

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...