"Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü"...

18 Aprel-18 Aprel, 2014

Keçirilmiş

Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın dəstəyi ilə 18 aprel  tarixində Azərbaycan Milli İncəsənət Muzeyində “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş təntənəli bayram mərasimi keçirilmişdir. Tədbirdə ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Milli irs mükafatı"nın 2014-cü il üzrə nominantlarının mükafatlandırma mərasimi olub.  Həmçinin Mədəniyyət və Turizm Nazirliyi, "PAŞA Həyat Sığorta" və "İrs" Nəşriyyat Evinin birgə layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı keçirilib.
Tədbir konsert proqramı ilə başa çatıb.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...