Beynəlxalq treninq...

24 Avqust-29 Avqust, 2014

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyi və Britaniya Şurasının (British Council) əməkdaşlığı çərçivəsində muzeyin innovasiyalar və beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Əminə Məlikova avqustun 24-29-da Londonda muzey mütəxəssiləri üçün keçirilən beynəlxalq treninqdə iştirak etmişdir. London Universiteti (muzey işi fakültəsi), Britaniya Şurası və “Petri” Britaniya Misir Arxeologiyası Muzeyi tərəfindən təşkil olunmuş treninqi Böyük Britaniyanın “Viktoriya və Albert”, Britaniya Muzeyi, Villiam Moris qalereyası kimi məşhur muzeylərinin ekspert və mütəxəssisləri aparmışlar. Treninq “Muzeylər cəmiyyətin bütün sfera və təbəqələrinin həyatında mühüm amil kimi” mövzusuna həsr olunmuşdur. Treninqin yeniliklərin öyrənilməsi baxımından böyük əhəmiyyəti olmuşdur, çünki məhz bu cür tədbirlərdə yeni ideyalar yaranır, yeni münasibətlər qurulur və nəticədə yeni muzey layihələri meydana çıxır. Treninqdə Azərbaycan, Misir, Bəhreyn, Fələstin, Çin, Braziliya, Filippin və digər ölkələrdən olan muzey mütəxəssiləri, konservatorlar, restavratorlar iştirak etmişlər. Biz 2015-ci ilin əvvəlində Britaniya Şurasu və BP-nin dəstəyi ilə muzeyimizin bazasında belə bir treninq keçirməyi planlaşdırırıq. Böyük Britaniya muzeylərinin aparıcı mütəxəssisləri bu tədbirə dəvət olunacaqlar. Məqsəd muzey mütəxəssisləri arasında ünsiyyətin qurulması, təcrübə mübadiləsinin təşkili, yeni müasibətlərin yaradılması və əlbəttə ki, fəaliyyətimizin genişləndirilməsidir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...