Milli İncəcəsənət Muzeyi və "ArtiShok" şirkəti təqdim edir...

26 Dekabr-29 Dekabr, 2014

Keçirilmiş

Əziz dostlar, Azərbaycan Milli İncəcəsənət Muzeyi və “ArtiShok” şirkəti bütün yaş həddli uşaqlar üçün intellektual-əyləncəli “Art Yolka” şənliklərini təqdim edir.

Art-Yolka şənliyində uşaqlar  həmişəki şənliklərdən fərqli olaraq unikal bayram atmosferində peşəkar muzey əməkdaşlarının  və aktyorların müşayiəti ilə qədim tariximizin sehirli aləminə səyahət edəcək, muzeyin maraqlı eksponatları ilə tanış olacaq, rəssamlıq sənəti və məşhur rəssamlarımız haqqında geniş məlumat qazanacaqlar.

Eyni zamanda uşaqları şənliyin əyləncəsinə daha da rəng qatacaq bir-birindən maraqlı müsabiqələr, cizgi film personajlarının, nağıl qəhrəmanlarının əsrarəngiz çıxışları, hədiyyələr və sonda isə kinoseans gözləyir.

İlin ən intellektual Yeni il şənliyini keçirmək imkanını qaçırmayın!

Son Sərgilər

AMİM Cartier bərpa edilmiş sənət əsərlər...

Ətraflı...

Milli Qurama Festivalı...

Ətraflı...

Çingiz Fərzəliyev fəxri üzvü seçilib...

Ətraflı...

Bədii lövhələr və Gil yapmalar ustad dər...

Ətraflı...