CODART kuratorları İncəsənət Muzeyində...

14 Dekabr-14 Dekabr, 2014

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyinin dəvəti ilə 14 dekabr 2014-cü il tarixində CODART - holland və flamand incəsənəti kuratorlarının beynəlxalq təşkilatının rəhbəri Alie Gotrter və Jan Hesselingi Bakıda işgüzar səfərdə olmuşlar. Səfər çərçivəsində onlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyevanın qəbulunda olmuşlar. Onlar eyni zamanda Azərbaycan Dövlət Xalça Muzeyi, Qız Qalası, İçəri şəhər və Elmi Bərpa mərkəzinə tanışlıq məsəqdilə səfərləər etmişlər. Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən görüşdə muzeyin direktoru cənab Çingiz Fərzəliyev və əməkdaşları iştirak etmişlər. Qonaqlar - Alie Gotrter və Jan Hesselingi muzeyin kolleksiyasına daxil olan nəfis holland və flamand sənət nümunələrinin atributsiyası məqsədilə, rəngkarlıq və qrafika fondlarında qorunub saxlanılan sənət nümunələrinə baxış keçirtmişlər. Bu səfərin nəticəsi olaraq CODART təşkilatı ilə yaradılan əməkdaşlıq uzun müddət davam edəcək və müvafiq sahədə əlaqələrin daha da genişləndirilməsində, təcrübə mübadiləsində mühüm rol oynayacaqdır.

Son Sərgilər

“İslam incəsənəti” Biennalesində Azərbay...

Ətraflı...

"Xalqımızn qəhrəmanlıq salnaməsi" adlı t...

Ətraflı...

“Qan yaddaşımız” adlı tədbir...

Ətraflı...

“Tək inci”. Natəvanın 190 illik yubiley...

Ətraflı...