Beynəlxalq muzey treyninqi...

24 Fevral-24 Fevral, 2015

Keçirilmiş

2015- ci ilin aprel-may aylarında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyi və Britaniya Şurasının əməkdaşlığı çərçivəsində Böyük Britaniyadan dəvət olunacaq muzey mütəxəssislərinin bələdçiliyi ilə Azərbaycanın paytaxt və region muzeylərində çalışan muzey mütəxəsisslərinin inkişafı, eləcə də ictimaiyyətin  muzeyə olan marağının artırılması sahəsində uzun müddətli layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı cari ilin fevral ayında Britaniya Şurasının Muzey, Kitabxana, Arxiv sahəsi üzrə regional məsləhətçisi Ceyn Viksi və bu sahə üzrə digər mütəxəssisi Coannna van Mil Böyük Britaniyadan Azərbaycana səfər etmişlər. Səfər çərçivəsində mütəxəsisslər 24 fevral tarixində Azərbaycan Milli İncəsənət Muzeyində ehtiyacların və boşluqların tədqiq edilməsi məqsədilə Bakının müxtəlif muzeylərində çalışan muzey əməkdaşları ilə görüşmüş və dəyirmi masa keçirmişlər. Tədbirin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva, Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri cənab İrfan Siddiq, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru cənab Çingiz Fərzəliyev, Muzey işi sektorunun müdiri Azadə xanım Hüseynova ,  Britaniya Şurasının (British Council Azerbaijan) ölkə üzrə direktoru xanım Elizabet Vayt iştirak etmişdir. Tədbirin birinci hissəsinin sonunda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı Səfiri İrfan Sıddıq, Britaniya Şurasının ölkə üzrə direktoru Elizabet Vayt və tədbir iştirakçıları Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyası ilə yaxından tanış olmuşdurlar. 40-a yaxın muzey əməkdaşının cəlb olunduğu görüş uğurlu və səmərəli keçmişdir. Aparılan dialoq əsnasında ölkəyə səfər etmiş mütəxəsisslər muzey əməkdaşlarını maraqlandıran mövzularla tanış olmuş, mühüm məsələləri müzakirə etmiş, treninqlər (workshop) keçirilmişdir. Söylənilən fikirlər nəticəsində muzeylərin gələcək fəaliyyətlərinin gücləndirilməsi və səmərəli təlim proqramının hazırlanması üzərində işlənəcəkdir. Əminik ki, bu görüş mədəni irsimizin qorunması sahəsində gələcək layihə fəaliyyətinə öz əvəzsiz töhfəsini verəcəkdir.

Son Sərgilər

AMİM Cartier bərpa edilmiş sənət əsərlər...

Ətraflı...

Milli Qurama Festivalı...

Ətraflı...

Çingiz Fərzəliyev fəxri üzvü seçilib...

Ətraflı...

Bədii lövhələr və Gil yapmalar ustad dər...

Ətraflı...