AB-ın Vaşinqton, Nyu-York və Ohio ştatlarına işgüzar səfər...
19 Iyul-26 Iyul, 2015
Keçirilmiş
Cari ilin iyul ayının 19-da Azərbaycan Milli İncəsənət Muzeyinin İqtisadi məsələlər üzrə direktor müavini Marina Aslanova, Beynəlxalq əlaqələr və İnnovasiyalar şöbəsinin müdiri Əminə Məlikova, Sərgi və tərtibat şöbəsinin müdiri Araz Osmanov və Elmi katib Xədicə İbrahimova Amerika Birləşmiş Ştatları departamentinin təşkilatçılığı ilə AB-ın Vaşinqton, Nyu-York və Ohio ştatlarına işgüzar səfər etmişlər. Səfər çərçivəsində ABŞ-ın bir neçə aparıcı muzeylərinin mütəxəssisləri ilə görüş keçirilmişdir. Görüş əsnasında əməkdaşlarımız "Azərbaycan muzeylərinin inkişaf tarixi" mövzusunda çıxış edərək, yerli mütəxəssisləri Azərbaycanın aparıcı və müasir muzeyləri, muzeylərin sərgi imkanları, keçirilən maraqlı sərgilər barəsində məlumatlandırmışlar. Mövzuya dair foto şəkillər və video çarx nümayiş etdirilmişdir. Həmçinin, görüşdə gələcəkdə mədəni əlaqələrin genişləndirilməsi baxımdan qarşılıqlı, mühüm əhəmiyyət kəsb edəcək layihələrin həyata keçirilməsi müzakirə edilmişdir.
Son Sərgilər
Azərbaycan və Özbəkistanın İncəsənət muz...
Ətraflı...Milli İncəsənət Muzeyinin direktoru Çing...
Ətraflı...Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...
Ətraflı...Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...
Ətraflı...