Səfir Paskal Mönyenin professor Çingiz Fərzəliyevlə görüşü ...
01 Oktyabr-01 Oktyabr, 2015
Keçirilmiş
1 oktyabr 2015-ci il tarixində Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar olaraq Azərbaycan Milli İncəsənət Muzeyində olmuş, muzeyin direktoru professor Çingiz Fərzəliyevlə görüşmüşdür. Görüş zamanı ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də Fransa-Azərbaycan mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir. Çingiz Fərzəliyev də öz növbəsində Paskal Mönyenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli mədəni əlaqələrin inkşafındakı rolunu xüsusilə qeyd edib və səfirə gələcək fəaliyyətində uğurlar azrulamışdır.
Son Sərgilər
Azərbaycan və Özbəkistanın İncəsənət muz...
Ətraflı...Milli İncəsənət Muzeyinin direktoru Çing...
Ətraflı...Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...
Ətraflı...Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...
Ətraflı...