Amerikacaz ifaçısı Gabrielle Stravellinin konserti...

17 Noyabr-17 Noyabr, 2015

Keçirilmiş

ABŞ Səfirliyi 14-18 noyabr tarixlərində Amerikacaz ifaçısı Gabrielle Stravellinin Azərbaycana ilk səfərini sponsorluq edirik. Azərbaycanda olarkən Gabrielle Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəklər. Gabrielle Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır. ABŞ Səfirliyi canlı Amerika caz musiqisi ilə maraqlanan hər bir kəsi aşağıdakı tədbirlərdə iştirak etməyə dəvət edirik:

14 noyabr - 18:30-19:40 Park Bulvarda konsert
16 noyabr - 14:30-15:40 Xəzər Universitetində konsert 
17 noyabr - 18:00-19:00 Milli İncəsənət Muzeyində pulsuz tur
17 noyabr - 19:00-20:30 Milli İncəsənət Muzeyində konsert 
18 noyabr - 19:00-20:00 - YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat
18 noyabr - 20:00-21:30 - YARAT Müasir İncəsənət Məkanında konsert

Müxtəlif mükafatlar qazanmış Qabriell Stravelli hər özünün original mahnılarının ifası, yeni Amerika mahnılarının ifasi həmdə və Dyuk Ellington, Dolli Parton və Conni Merser kimi müsiqiçilərin standrtlarının nümayişi sahəsində dinləyicilərin rəğbətini qazanmışdır. Aktyor olan Qabriell lirikasında Deyvid Finklinin “fərdi expressiyanın təcəssümü” adlandırdığı bir xüsusi həssaslığa malikdir. Qabriell bu yaxında Nyu Yorkun Metropolitan zalında Nyu York Tayms, Vall Strit Cornal və Haffington Post da daxil olmaqla mətbuatın tərifini qazanmış solo ifalar etmişdir.Keçən payız o Uinton Marsalis və Linkoln Mərkəzinin Orkestrı ilə ABŞ-da turneyə getmiş və Marsalisin Abissinian: İncil Bayramını ifa etmişdir. Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfədir səfər edir. Sözügedən proqram tanınmış Amerika musiqiçilərinin digər ölkələrə səfərini nəzərdə tutaraq mədəniyyət sahəsində anlayışı və əməkdaşlığı inkişaf etdirir.

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...