"Maarifləndirmə ayı" çərçivəsində növbəti tədbir keçirilib...

14 Aprel-14 Aprel, 2017

Keçirilmiş

Aprelin 14-də “Maarifləndirmə ayı” çərçivəsində Azərbaycan Milli İnəcəsənət Muzeyində uşaqlar üçün maraqlı tədbir keçirilmişdir. Belə ki, muzeyi ziyarət edən məktəblilərə TEAS PRESS Nəşriyyat Evi tərəfindən nəşr olunan 3 Alma Uşaq Ədəbiyyatından maraqlı hekayələr oxunmuş və rəssam-illüstrator tərəfindən həmin hekayələrə illüstrasiyaların çəkilmə texnikası izah olunmuşdur. Uşaqların çəkdiyi rəsm-illüstrasiyalar “Qaranquş” uşaq jurnalının növbəti nömrələrində dərc olunacağı barədə jurnalın redaktoru Aysel Zahidqızı tərəfindən qeyd olunmuşdur. Həmçinin balaca kitabsevənlərə 3 Alma Uşaq Ədəbiyyatından olan kitablar və “Qaranquş” jurnalı hədiyyə edilmişdir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kiçik musiqiçiləri öz çıxışları ilə tədbirə xüsusi rəng qatdılar. Sonda uşaqlara muzeyin Qədim Azərbaycan zallarında maraqlı interaktiv ekskursiya keçirilmişdir.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...