Muzeydə Xocalı soyqırımının 25-ci ildönümü qeyd olunub...

24 Fevral-24 Fevral, 2017

Keçirilmiş

24 fevral Azərbaycan Milii İncəsənət Muzeyində Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu.
Xalqımıza qarşı törədilmiş ən ağır faciələrdən biri - Xocalı soyqırımından 25 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər..
Bu günlə bağlı Azərbaycan Milli İncəsənət Muzeyi silsilə tədbirlər keçirir. Xocalı faciəsi sülh və bəşəriyyət əleyhinə cinayətdir! Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssamları “İncəsənət Ədalət Naminə” mövzusunda bədii kompozisiyalar yaratmışlar. Onlar yaratdıqları tablolarında bəşəriyyəti, dünya xalqlarını ədalətə, sülhə səslədilər.
Eyni zamanda İrəli ictimai birliyinin üzvlərinin iştirakı ilə azərbaycanlı alim, tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru, Şimali Qafqaz üzrə YUNESKO-nun mənəvi ənənələri, mədəni xüsusiyyətləri və dinlərarası dialoq kafedrasının dosenti, Azərbaycan tarixi haqqında 250 publisistik məqalələrin müəllifi Rizvan Hüseynovla Xocalı Soyqırımının 25 illiyinə həsr olunmuş diskussiyaya keçirildi.
Həmçinin, bu faciə ilə bağlı Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan əsərlərdən ibarət səyyar sərgi təşkil edilmişdir.
Bundan başqa bu gün Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edən rus və fransız moda tarixçisi, sənətsünas Aleksandr Vasilyev “İncəsənət Ədalət Naminə” mövzusunda gənc rəssamaların yaratdıqları əsərlərə tamaşa etdi.
Heydər Əliyev Fondu və “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının hazırladığı prezentasiya ziyarətçilərimiz böyük marağına səbəb oldu.
Tədbirin iştirakçıları, yerli və xarici ziyarətçilərimizə, eyni zamanda muzeyin fəxri qonaqlarına “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təmin etdiyi promo materialları təqdim etdik.

Son Sərgilər

Azərbaycan və Özbəkistanın İncəsənət muz...

Ətraflı...

Milli İncəsənət Muzeyinin direktoru Çing...

Ətraflı...

Azərbaycan Milli İncəsənət Muzeyi və Gür...

Ətraflı...

Fərhad Xəlilovun “Qələbənin baharı” mənz...

Ətraflı...