Ölkəmiz Estoniyada beynəlxalq konfransda təmsil olunub...

11 Iyul-13 Iyul, 2017

Keçirilmiş

İyul 11-də Estoniyanın Tartu şəhərində Avropa Komisiyyası və Estoniya Muzeyinin moderatorluğu və Avropa İrs Günlərinin birgə əməkdaşlığı ilə “Mədəniyyət İrsi 3.0: Rəqəmsal erada auditoriya və keçid imkanı” adı altında beynəlxalq konfrans öz işinə başlayıb.

3 gün davam edən konfransda beynəlxalq irsin qorunub saxlanılması və rəqəmsal texnologiyaların tərəqqisi sahəsində müzakizələr aparılıb.

Konfransın açılış mərasimi 12 iyul tarixində Estoniya Milli Muzeyində baş tutub. Giriş sözü ilə tədbiri açıq elan edən Estoniya Respublikasının Mədəniyyət naziri İdrak Saar texnologiyanın həyatımızda mühüm əhəmiyyət kəsb etdiyini, gündəlik həyatımızın ayrılmaz bir hissəsi olduğunu bildirərək mədəniyyət sahəsində müasir texnologiya və rəqəmsal daşıyıcılardan yararlanmağın vacibliyini vurğuladı. Həmçinin, nazir öz çıxışında qeyd etdi ki, tarix unudulur və yenidən təkrarlanır. Məhz bu səbəbdən də mədəni irsimizi unutmamalıyıq. Cənab Saar konfransda səsləndirilən fikirlərin gələcəkdə mədəni irsin qorunması və rəqəmsallaşdırılması istiqamətində istifadə ediləcəyindən əmin olduğunu bildirdi. Avropa Komisiyyasının Təhsil və Mədəniyyət üzrə baş direktor müavini Cens Numand Kristensen çıxışında konfransın 3 vacib məqamına toxundu. İlk olaraq belə bir fikir səsləndirdi ki, mədəniyyət yalnız kiçik elit qruplarla məhdudlaşdırılmamalı, ümumi ictimaiyyət üçün açıq olmalıdır. Daha sonra isə yaradıcı insanlarda rəqəmsal dünyaya olan marağın çoxaldılmasının zəruriliyindən danışdı. Belə ki, müəllif hüquqları pozulmadan hər bir yaradıcı şəxs öz əsərini elektronlaşdırmalı və böyük kütlə üçün əlçatan etməlidir. Müasir dövrdə incəsənət əsərini görmək üçün artıq uzaq məsafələr qət etməyə ehtiyac yoxdur. Sadəcə monitorun qarşısında oturaraq istənilən sənət əsərinin izlənilməsi mümkündür. Həmçinin mədəni irsin nəsildən-nəsilə ötürülməsi prinsipi də Cens Krestensen tərəfindən irəli sürüldü. Muzey və arxivlərin ictiamiyyət üçün əlçatılan edilməsi məqsədilə mədəniyyət sahəsində hüquqi istahatlar həyata keçərilməli, mədəni irs rəqəmsallaşdırılmalıdır.  “Mədəni İrs: İctimaiyyət və rəqəmsal dövrə keçid” konfransında dünyanın müxtəlif dövlətlərindən mədəniyyət nümayədələri iştirak edir. Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova müharibədə itirilən rəqəmsallaşdırılmamış mədəni irsin gələcək nəsillərə necə ötürülə bilinməsi ilə bağlı konfrans nümayəndələrinə sual ünvanladı. Milan Universitetinin professoru, konfransın hed layneri Pyer Sakko bu məsələnin fundamental olduğunu və bir mənalı cavablandırılmasının mümkünsüzlüyünü qeyd edərək, sənət abidəsinin müasirləri tərəfindən sözlə təsvir edilərək fiziki də olmasa, maketini bərpa edib gələcək nəsillərə ötürmək imkanını təklif etdi. Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şurasının (İCOMOS) baş katibi Benedikt Selfslaq əlavə olaraq bildirdi ki, bu məsələdə cəmiyyətin və ekspertlərin üzərinə böyük məsuliyyət düşür. Müharibə və dövlətlərarası münaqişələrə baxmayaraq, millətlər mədəni irsin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində bir-birinə dəstək olmağın zəruriliyini bildirdi.

İlk gündə həmçinin, muzeylərə, kitabxana və arxivlərə tamaşaçı marağının azalması mövzusunda müzakirə aparılıb. Belə ki, müasir metodlardan istifadə etməklə əyləncəli formatda tədbirlər və layihələr hazırlayaraq izləyicilərin diqqətini qazanmağın zəruriliyi vurğulandı. Digər önəmli problem isə maliyyə məsələsinin həllidir. İstənilən müəssisənin daimi gəlir yerinə ehtiyacı var, təhsil və mədəniyyət ocaqlarına qrantlar ayrılsa da, müvəqqəti olduğundan uzunmüddətli gəlir yerinin tapılması olduqca önəmli məqamdır. Bu problem və həmçinin tamaşaçıların mədəniyyət müəssilərinə cəlb olunmasında innovativ fikirlər və proyektlərin mühüm rol oynaması da müzakirə olundu.

12-13 iyul tarixlərində keçirilən konfransın sessiyaları “Yerli mədəni irsin inkişafı”, “Rəqəmsal dövrdə ictimaiyyətin inkişafı”, “Mədəni irs sosial birlik və iqtisadi inkişafı sürətləndirən vasitə kimi” və “Mədəni irs-innovasiyaya çağırış: mədəni irs müəssisələriin sahibkarlıq və innovasiya potensialını necə inkişaf etdirmək” məsələlərinə həsr olunub.

Konfransın yekunu olaraq bağlanış mərasimində sessiya və seminarların nəticələri səsləndirilib.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...