"Fransız tətili" İncəsənət Muzeyində ...

22 Iyul-22 Iyul, 2017

Keçirilmiş

Cari ilin əvvəlində Milli İncəsənət Muzeyi tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə “Muzeylər mədəniyyətlər arasında körpüdür” layihəsinə start verib.

Layihənin ikinci buraxılışı olan “Fransız tətilləri” proqramı tamaşaçılar tərəfindən xoş təssüratla qarşılanıb.

Proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəsh edən “Bənövşə” adlı kölgə  teatr tamaşası təqdim olunub.  Alaqaranlıq otaqda közərən lampalarla işıqlanan səhnə və fiqurlarıın hərəkəti ilə canlanan tamaşa yaşından asılı olmayaraq bütün uşaqları sehrli aləmə qərq etdi.

Tamaşanın ardından uşaqlar valideynlərin müşayiəti ilə ustad dərslərinə qoşuldular. Şüşə üzərində rəngarəng boyalarla  işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təccəssüm etdirən “flör de lis”- zanbaq gülünün təsviri yaradıldı.  Uşaqlar rəngli makaronlardan Parisin ən tanınmış memarlıq abidəsi - Eyfel qülləsinin kiçik surətini düzəltdilər.

Diqqətimizdən kənar qalmayan valideynlər üçün Fransa və Azərbaycan mədəniyyəti arasında körpü yaradan Toğrul Nərimanbəyov yaradıcılığına həsr olunmuş “Paris xatirələri” adlı mühazirə təqdim olundu. İzləyicilər bir neçə dədiqəlik olsa da öz qayğılarını unudaraq ecazkar Paris turuna qoşuldular. Mühazirədə rəssamın keşməkeşli həyatı və əzimkar yaradıcılıq yolu, fərdi yaradıcılıq üslubu da vurğulandı.

O cümlədən, valideynlər üçün Fransız ballarında kübar xanımların gizli silahına çevrilən “yelpik dili” jestlərinin prezintasiyası oldu.

Gün ərizində  balaca qonaqlarımız bərpaçı-rəssam Samir Talıbovla birgə Paris eskizlərini yaratdılar.

Xatırladaq ki, cari ilin fevral ayında Milli İncəsənət Muzeyində layihənin ilk buraxılışı qışın sona yetməsinin və yazın gəlişinin rəmzi olan qədim slavyan bayramı – Maslenitsaya həsr olunmuşdur.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...