"Hədəf:Bahar" fotosərgisi açılıb...

30 May-02 İyun, 2017

Keçirilmiş

Mayın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan təbiətinin gözəlliklərinə, onun rayonlarının landşaft müxtəlifliyinə həsr olunmuş “Hədəf: Bahar” fotosərgisi açılıb.

Bahar ilin elə bir zamanıdır ki, hətta boz səhralar çiçəklənir, təbiət pardaq və əlvan güllü xalçaya bürünür.

Azərbaycan - tamamilə zidd təbii zonalarının məcmusu üzrə unikal ölkədir, burada heyrətamiz təbiət müxtəlifliklərini görmək mümkündür: səhra, çöl, tropik plantasiyalar, qayalıq, dəniz sahili, yayla, dağ çəmənləri, yüksək dağ meşələri, rəngarəng çiçəklənən naxışlarla örtülmüş əzəmətli düzənliklər.

Vernisajı Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova açaraq məhz fotorəssamaların bu sərgi üçün müxtəlif regionlarımıza səfər etdiyini, onların fotolarda Azərbaycan baharının heyrətamiz rəngarəngliyini yaradıcılıq baxışları ilə təcəssüm etdiklərini qeyd edib. Daha sonra X. Əsədova foto müəllifləri qonaqlara təqdim edib.

Sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, sözlə dilə gətirə bilmədiklərini, fotonun dili ilə göstərməyə çalışıb. Layihənin məqsədinin Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirmək, həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etmək olduğunu vurğulayıb. 
Sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanan vernisajda fotorəssamlar Rüstəm Hüseynov, İlkin Kəngərli, Emil Qazi və Denis Sveçnikov Azərbaycan baharının ən gözəl anlarını əks etdirmişlər.

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...