"Təcavüz. Muzey 2014"...

18 Oktyabr-30 Noyabr, 2014

Keçirilmiş

Əziz dostlar,

Sizi böyük məmnuniyyətlə “Təcavüz. Muzey 2014 ” layihəsinin yekun sərgisinə dəvət edirik. Sərgi 18 oktyabr - 30 noyabr 2014-cü il tarixi ərzində Bakının ən böyük muzeylərində yer alacaq – Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu.

YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu layihə son bir neçə ildə gənc rəssamlar nəslinə dəstək olan ARTIM inkişaf proqramı çərçivəsində karyera yüksəlişinə imkan yaratmaq məqsədi ilə yaradılmışdır.

Bu layihənin rəhbəri – Azərbaycanın əməkdar rəssam və kuratoru Səbinə Şıxlinskayadır. Layihənin mövzusu Azərbaycanın zəngin, maddi-mənəvi mədəni və tarixi irsinin müasir rəssamlar tərəfindən təsvirindən ibarətdir.

Layihənin iştirakçıları: Natavan Əliyeva, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, İlahə Xəliqova, Aysel Nağıyeva, Rufat Aliyev, Veronika İsayeva, Orxan Qarayev, Nadir Babayev, Ayna Musayeva, Zöhrab Salamzadə, Fərhad Haqverdi, Nigar Alışeva, Çinarə Məcidova, Fatimə Hacıyeva, Rəhim Çopurov, Nəzrin Musayeva, Nigar Məmmədli, Habib Saher, Aytən Abdullayeva, Arif Əmirov, Səbinə Abbasova, Elvin Adıgözəl, Nadir Eminov, Elvin Nəbizadə, Ayxan Xəlilov, Ruhulla Həsənzadə, Pərvanə Persiyani, Hüseyn Həsənov, Nərmin İsrafilova, Fidan Hacıyeva.

Altı ay ərzində “Təcavüz . Muzey 2014” layihə iştirakçıları Bakı, Abşeron, Şəki, Gəncə, Lahıc və Basqala aid ən əhəmiyyətli muzeylər, arxiv və kolleksiyalar ilə tanış edildi. Azərbaycan tarixinin və incəsənətinin müasir və tamamilə gözlənilməz görünüşünü özündə əks etdirən müxtəlif sənət əşyaları bu araşdırmaların nəticəsi oldu. İştirakçılar rəssamlıq, heykəltəraşlıq, installyasiya, video-art və performans kimi müxtəlif janrlara və istiqamətlərə müraciət etdilər.

“Təcavüz. Muzey 2014” layihəsinin təqdimat günü 18 Oktyabr 2014-cü il

Proqram:

18 Oktyabr 2014

16:00 Azərbaycan Milli İncəsənət Muzeyi (Niyazi küç. 11-13)

17:30 Azərbaycan Xalça Muzeyi (Mikayıl Useynov pr. 28)

19:30 “Atəşgah məbədi”, Dövlət Tarix-Memarlıq Qoruğu

(20:00 Performans – Nərmin İsrafilova “Səsin yaranması”)

19 Oktyabr 2014

18.00 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, rəssamlar ilə görüş

20:00 – 24:00 Azərbaycan Xalça Muzeyi, “Muzeydə gecə”, rəssamlar ilə görüş

 

Son Sərgilər

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" a...

Ətraflı...

“Zamanla dialoq” adlı sərgisi ...

Ətraflı...

"Miniatürsayağı" adlı fərdi sərgisi...

Ətraflı...

"Türkiyə- Azərbaycan Qardaşlığı: Anadolu...

Ətraflı...