Koreya təbiətinə həsr olunmuş foto-incəsənət sərgisi...

21 Dekabr-23 Dekabr, 2011

Keçirilmiş

Milli İncəsənət Muzeyində Koreya təbiətinə, ətraf mühitinə və florasına həsr olunmuş foto-incəsənət sərgisi keçirilir. Sərgidə Lim Heon-youq və Be Seonq-min foto əsərləri təqdim edilir. Əsərlər məzmun genişliyi, kolorit zənginliyi ilə diqqəti cəlb edir.
Lim Heon-Youq 15 may 1952-ci ildə anadan olub. Koreya Respublikasının Hərbi Akademiyasını daha sonra Çunqnam Universitetinin magistratura pilləsini bitirərək və İdarəçilik ali dərəcəsi almışdır.
Çunqçonqnam vilayətinin Honqseonq rayonunun icra başçısının müavini, Çunqçonqnam vilayətinin mədəniyyət və idman direktoru, Çunqçonqnam vilayətində məclisin baş katibi vəzifələrində çalışıb. O, 30 illik fotoqraflıq təcrübəsinə malikdir. Onun çəkdiyi şəkillər http://chulsa.kr saytında 6 həftə ərzində birinci olmuşdur.
Be Seonq-Mi 30 may 1960-ci ildə anadan olub. Koreyanın “İnformasiya Mədəniyyət Dizayn” forumunun layihə direktoru işləyib. Koreyanın “Reklam Fəaliyyəti Assosasiyası”nın icraçı direktoru, Koreyanın “Vizual İnformasiya Assosasiyası”nın vitse-presidenti, Dövlət Elm, Təhsil Məsləhət Şurasının üzvü sədr və presidenti vəzifələrində çalışıb.
Honqilk Universitetində vizual dizayn fakultəsinin magistratura pilləsini və Honqilk Universitetinin reklam və inkişaf fakultəsinin doktorantura pilləsini bitirib.
Hal hazırda Suvon Sayens Universitetində sənaye dizayn fakultəsinin professorudur.
Sərgidə ümumilikdə 55 foto əsəri nümayiş etdirilir.
Sərginin açılışı dekabr ayının 21-də saat 13:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında keçirilir və dekabr ayının 23-də davam edəcəkdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...