Xalq rəssamı Altay Hacıyevin yaradıcılıq sərgi...

28 Oktyabr-01 Noyabr, 2011

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüşü ilə görkəmli fırça ustası, Xalq rəssamı, tanınmış incəsənət xadimi, qrafika və rəngkarlıqla yanaşı, monumental bədii tərtibat sahəsində də görkəmli sənətkarlarımızdan olan Altay Hacıyevə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir.
Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Dövlət İstiqlal Muzeyi və şəxsi kolleksiyalardan toplanan əsərlər nümayiş olunur.
Ekspozisiyada Altay Hacıyevin öz şücaəti və ağıllı siyasəti nəticəsində Azərbaycan tarixində iz qoymuş, xalqımızın görkəmli qadın şəxsiyyətlərindən olan Sara Xatun, Ağa Bəyim Ağa, Qonça Bəyim və rəssamın əsas qəhramanı olan Xurşid Banu Natəvan, eləcə də digərlərinin portretləri, neft mövzusuna dair tabloları, həmçinin kitab və dəzgah qrafikasında işlədiyi əsərləri təqdim olunur.
Sərgidə rəssamın ümumilikdə 80-ə yaxın qrafika və rəngkarlıq əsəri nümayiş etdirilir.
Sərginin açılışı oktyabr ayının 28-də saat 18:00-da Milli Azərbaycan Dövlət İncəsənət Muzeyinin Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında keçirilir və noyabr ayının 1-dək davam edəcəkdir.

 

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...