Hafiz Məmmədovun 90 illik yubiley sərgisi...

24 İyun-28 İyun, 2011

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqı və Milli Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüşü ilə görkəmli fırça ustası, İkinci Dünya Müharibəsinin canlı şahidi olmuş, əsərlərində müharibənin dəhşətlərini əks etdirən Azərbaycanın Əməkdar incəsənət xadimi Hafiz Məmmədovun 90 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir.

Sərgidə gözəl rəng hissiyyatlı fırça ustasının 30-a yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur. Sərgilənən əsərlər Milli Azərbaycan Dövlət İncəsənət Muzeyindən, Dövlət Şəkil Qalereyasından və həmçinin rəssamın qızı Lətafət xanım Məmmədovanın şəxsi kolleksiyasından toplanmışdır.

Sərgidə rəssamın məişət janrında işlədiyi “Yay günləri”, “Gözləmirdim”, “Ali məktəbi bitirəndən sonra”, füsunkar mənzərələri - “Mixaylonun vətəni Novxanı kəndi”, “Doğma yerlər”, “Qayıqlar”, Azərbaycan xalqının görkəmli şəxsiyyəti tarzən “Hacı Məmmədov”un portreti və həmçinin rəssamın avtoportreti də nümayiş olunur. Bundan əlavə qadın azadlığını özündə təcəssüm etdirən “Azadlıq” əsəri də sərgilənir.
Sərgi iyun ayının 24-də saat 18.00-da Azərbaycan Dövlət İncəsənət Muzeyinin Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında keçiriləcək və iyun ayının 28-dək davam edəcəkdir.




Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...