Azərbaycan incəsənəti əsrlərin qovşağında...

08 Sentyabr-30 Dekabr, 2011

Keçirilmiş

8 sentyabr 2011-ci il tarixində Azərbaycan Dövlət İncəsənət Muzeyində "Azərbaycan incəsənəti əsrlərin qovşağında" adlı sərgisi keçirilir.

Sərginin ekspozisiyada 40-dan artıq rəssam və heykətəraşın XX əsrin 60-cı illərindən başlayaraq, 2000-ci illərin sonlarında avanqard üslubunda yaradılmış 100-ə yaxın rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ sənət nümunələri tamaşaçıların ixtiyarına verilmişdir.

Sərgidə təmsil olunan rəssamlar rəngkarlıq, qrafika və heykəltaraşlıq sahəsində ad qazanmış böyük sənətkardır. Onlar yalnız dar mütəxəssis dairələrində deyil, həmçinin geniş tamaşaçı kütlələri tərəfindən tanınırlar. Azərbaycan rəssamlarının sözün əsl mənasında “ulduz” heyətinin burada bir araya gəlmələri heç də təsadüfi deyildir.  Bu rəssamlar çağdaş Azərbaycan incəsənətinin ayrı-ayrı inkişaf mərhələlərində çalışmış müxtəlif nəsil təmsilçiləridir.

Sözarası “çağdaş incəsənəti” anlayışının özü də nisbidir. Belə ki, çağdaş-müəyyən zaman kəsiyinə uyğun, həmahəng kimi başa düşülür. Halbuki həyatımızın inkişaf dinamikası (bütün gerçəkliklər də onunla birgə) belədir ki, “dünən”in “bugün”lə, onun isə “ertəsi gün”lə əvəzlənməsi çox qısabir zaman çərçivəsində baş verir.  Buna görə də müəyyən zaman yanaşı ömür sürən bir neçə gənc nəsillərin “meyarları” ilə yaşayaraq gerçəklik barəsində məhz özünün təcrübəsi baxımından hökm verirlər.

Xronoloji baxımdan sərgilənən əsərlər 50 illik bir dövrü əhatə edir. Tarixi inkişaf baxımından bu müddət vahid bir mərhələ kimi qavranıla bilər. Lakin bu mərhələ  daxilində xeyli məqam və çeviklik görmək mümkündür.

1960-cı, 1970-ci, 1980-ci, 1990-cı, 200-ci illər... Hər bir onilliyin incəsənəti fərdi yaradıcılıq proqramına, müəyyən göstəricilərə və üslub özəlliklərinə malikdir. Bunlar nəzərdən keçirilərkən nəinki bədii naliyyətlər, həmçinin ölkənin siyasi vəziyyəti vəiqtisadi durumu barəsində bir çox mülahizələr söyləmək mümkündür.  Doğrudan da incəsənət bəşəriyyətin son dərəcədə həqiqi tarixini əks etdirir. Yalnız onu düzgün oxumağı bacarmaq lazımdır.

“Azərbaycan incəsənəti əsrlərin qovşağında” sərgisində müxtəlif nəsil, həm artıq dünyaların dəyişmiş, həm də hal-hazırda fəaliyyət göstərən sənətkarlarsanki görüşürlər... Burada müxtəlif yaradıcılıq proqramlarında əsərləri görmək mümkündür. Zaman özü hər bir şeyi yerbəyer etmişdir. Müxtəlif dəyər sistemləri həm tanıma, həm də unudulmağa dücar olnanları göstərirdi.

Təqdim olunan retrospektiv yaxın keçmişimizə müraciətlə yanaşı, həm də bu günümüzə üz tutmuşdur. Burada ünlü bədii səviyyəli əsərlər sərgilənməkdədir. Ayrı-ayrı tarixi mərhələlərdə, mahiyyətcə fərqlənən siyasi sistemlər dönəmində yaradılan bu əsərlər eyni səviyyədə böyük təsir gücünə malikdir. Onlar tam bədii dolğunluq təəssüratı bağışlayırlar. Axı, sənətin əsl meyarı olan forma xətt, həcm, məkan və səthilik, rəng və işıq, boyaların təzadları və onların incə çalarları kimi ifadə dilinin ayrı-ayrı elementlərinin düzgün nisbəti nəticəsində meydana gəlir. Əsərlərə tamaşa etdikdə təsir imkanlarından və nəticə müxtəlifliyi baxımından bədii ifadə dilinin tükənməzliyindən heyran olmaqdan yorulmaqdan bilmirsən. Eyni qaydalar əsasında kütlə şəklində toplanmış eyni rənglər və eyni formalar sonsuz sayda variantlar yaradır. Məhz onlar rəssamın əsl özəlliyini müəyyənləşdirir.

“Azərbaycan incəsənəti əsrlərin qovşağında” sərgisi bir sıra məqamları ilə diqqətə layiqdir. Milli incəsənət tarixinin XX əsrin II yarısının önəmli bir mərhələsini əhatə edərək, o sanki son vurğuları yerbəyer edib, yekun nəticələri tamamlayaraq yeni mərhələyə - XXI əsr incəsənətinə qədəm qoyur. Azərbaycan bədii məktəbinin şərəfini təşkil edən bir sıra rəssam bundan öncə bu “məkanda” heç zaman sərgilənməmişdir. Bu səbəbdən də onların sərgi təşkiltçılarının diqqət mərkəzində olmaları çox şeydən xəbər verir. Sərgidə iştirak edən bir çox rəssamların son nəticədə tanıdılması yalnız tarixi həqiqətin bərpası demək deyildir. Bu,əslində müəyyən dəyərlərə  başqa bir nəzərlə baxışın yekunu deməkdir. Məhz  bu çağdan etibarən hər birşeyin özünəlayiq yeri müəyyənləşdirilir və onların həqiqi adları bəlli olur. Bu isə öz növbəsində XX əsrin sonunda mədəniyyətimizdə başlanan dirçəliş prosesinin və nəticədə cəmiyyətimizin mənəvi yeniləşməsinin yenilməz olmasına ümid bəsləməyə əsas verir.

Müasir Azərbaycan sənət ustalarının çoxcəhətli yaradıcılığı, ölkəmizin müstəqillik qazandığı dövrdə, XX əsr Azərbaycan incəsənətində ən parlaq səhifədir və müxtəlif nəsillərin ayrı-ayrı zaman kəsiyində avanqard üslubunun müxtəlif istiqamətlərində yaratdığı mənzərə, portret, məişət səhnələri qeyri-adi, fərqli yanaşma tərzi ilə seçilir.

 

Son Sərgilər

Şanlı vətən...

Ətraflı...

"Zamanın pillələri ilə"...

Ətraflı...

Mədəni sərvətlərin qorunması mövzusunda ...

Ətraflı...

Milli Müstəqilik Günü ...

Ətraflı...