Teymur Rüstəmov "…Dünən, bu gün, sabah…" adlı fərdi sərgisi ...

03 Dekabr-31 Dekabr, 2012

Keçirilmiş

Azərbaycan Dövlət İncəsənət Muzeyində 2010 ilin 3 dekabrında Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Teymur Rüstəmovun sərgisinin açılışı olub. Teymur Rüstəmovun "…Dünən, bu gün, sabah…" adlı fərdi sərgisində müəllifin müxtəlif üslüblarla hazırlanan 25 əsəri, o cümlədən 2009-cu ildə Azərbaycan ekspoziyasının bir hissəsi kimi məşhur Venesiya biennalesində nümayiş etdirilən multimedia instalyasiyası “I TRUST”, “Narkotiklərə yox” mövzusundakı heykəltəraşlıq kompozisiyaları təqdim olunub. Başqa işləri ilə bərabər heykəltəraş sərgi iştirakçılarına “Arzular ağacı” adlı interaktiv işində “arzu tutmağı” təklif edib.

Teymur Rüstəmov Azərbaycanın populyar müasir rəssamlarından biri, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teymur Rüstəmov, əsasən, heykəltəraş kimi tanınır. Lakin o, yalnız heykəltəraşlıqla məşğul olmur. Rəsamın işləri arasında videoart, dekorativ kompozisiyalar, instalyasiyalar da var. O, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birlikdə Bakıda monumental heykəltəraşlıqla bağlı bir sıra layihələrin həyata keçirilməsində iştirak edib. Bunlar Xocalı faciəsinə həsr edilən abidə, Ukrayna dairəsi yaxınlığındakı H. Əliyev parkında Heydər Əliyevin abidəsi və digər layihələrdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...