Çin səfiri ilə görüş...

07 Aprel-07 Aprel, 2022

Keçirilmiş

7 aprel 2022-ci il tarixində Çin Xalq Respublikasının Azərbaycandakı rəsmi səfiri Qo Min Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib. Ziyarət zamanı səfir muzeyin direktoru Çingiz Fərzəliyev ilə görüşüb. Görüş çərçivəsində Azərbaycan və Çin mədəni əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə həyata keçiriləcək yeni tədbir və layihələr barədə danışıqlar aparılıb. Azərbaycan Milli İncəsənət Muzeyinin çoxəsrlik tarixə malik həm təsviri, həm də tətbiqi sənət incilərimiz, eləcə də Qərb və Şərq incəsənətinə aid olan bənzərsiz sənət nümunələrini özündə birləşdirən zəngin kolleksiyası ilə tanış olan xanım Qo Min muzey rəhbərliyinə öz minnətdarlığını bildirib.

Son Sərgilər

David Lordkipanidzenin "Afrikadan ilk in...

Ətraflı...

“Carlsberg Azerbaijan”...

Ətraflı...

“Dayanıqlı moda: Tekstilin gələcəyi” adl...

Ətraflı...

Bədii lövhələr: Səttar Bəhlulzadə...

Ətraflı...