Month of Enlightenment...

01 Aprel-30 Aprel, 2022

Keçirilmiş

Aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olmuşdur. Yazıçının doğum günü bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. 23 aprel öz əsərləri ilə yazı və ədəbi yaradıcılıq ənənələrində köklü çevriliş etmiş dünya ədəbiyyatının iki dühası– Servantes və Şekspirin anım günüdür. Təqvimdə bu gün “Beynəlxalq Kitab Günü” kimi qeyd olunur. Kitab həyatın ən uzaq və qaranlıq yollarında işıq bəxş edən əfsanəvi çıraqdır. Zaman və məkan arasındakı sərhədləri aşan kitablar bizə kəşf edilməmiş dünyalara bələdçilik edirlər.

Azərbaycan Milli İncəsənət Muzeyi aprel ayını maarifləndirmə ayı elan edərək balacaları ədəbiyyat ilə tanış etmək, kitaba, uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə maraq oyatmaq, kitaba sevgi aşılamaq məqsədi ilə “Nəsillərin dialoqu” adlı tədbir proqramı elan edir. Tədbir kitaba gününə həsr olunmuş sərgi ilə start götürəcək və ilk dəfə muzey məkanında Nizami Gəncəvi irsinə həsr olunmuş “Fitnə” nağılı əsasında hazırlanmış kölgə tamaşası ilə davam edəcəkdir. Uşaqlar seçimdən asılı olaraq əlfəcin, panno, rəhil və ya “sehirli ilmələr” adlı ustad dərsində iştirak edəcəklər.

Həmçinin, Aprel ayı boyunca “Öz tablonu yarat” adlı ustad dərsinə də qoşula biləcəklər. Ustad dərsimizdə uşaqlar holland rəssamı Vinsent van Qoqun yaradıcılıq taleyindən bəhs edən mühazirəni dinləyəcək, postimpressionizm cərəyanı, impasto texnikası haqqında məlumat əldə edəcək, rəssamın tanınmış tablolarından biri olan “Ulduzlu gecə” tablosunun  “step by step” panno üzərində imitasiyasını yaradacaqlar.

Habelə, balacalar muzeyin tarixi binalarını ziyarət edərək bədii irsimizin sehrinə qərq olacaq, milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər. Əziz balalar, hər birinizi muzeyə dəvət edirik. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

David Lordkipanidzenin "Afrikadan ilk in...

Ətraflı...

“Carlsberg Azerbaijan”...

Ətraflı...

“Dayanıqlı moda: Tekstilin gələcəyi” adl...

Ətraflı...

Bədii lövhələr: Səttar Bəhlulzadə...

Ətraflı...