Bədii lövhələr: Mikayıl Abdullayev...

06 Yanvar-31 Yanvar, 2022

Hal hazırda keçirilir

Azərbaycan Milli İncəsənət Muzeyi  ölməz korifey rəssamlarımızın yaradıcılığını yaşatmaq və mədəni irsimizi yeni nəsilə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı layihəsini yeni mövsümdə də davam etdirir. Yanvar ayı layihəmizin növbəti qəhrəmanı Azərbaycan təsviri sənətində koloritli yaradıcılığı ilə xalqımızın mədəni sərvətlər xəzinəsində özünəməxsus yer tutan, çoxşaxəli diapazona sahib Mikayıl Abdullayevdir.

Balacalar sənətkarın sehrli fırçasından süzülən “Həyata sevgi ilə” vernisajı tanış olacaq, rəssamın yaradıcılığına həsr olunmuş mühazirəni dinləyəcək, eləcə də təsviri sənətin müxtəlif növ və janrlarını kəşf edərək sənət əsərləri ilə söhbətə qərq olacaqlar. Habelə, balacalar rəssamın “Güllər” adlı bədii lövhəsini “Öz tablonu yarat” adlı ustad dərsində “step by step” imitasiyasını yaradacaqlar.

Azərbaycan Milli İncəsənət Muzeyi bütün azyaşlı sənətsevərlərini “Bədii lövhələr” layihəsində iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

Bədii lövhələr: Mikayıl Abdullayev...

Ətraflı...

"Həyata sevgi ilə: Mikayıl Abdullayev" s...

Ətraflı...

“Həyata sevgi ilə: Mikayıl Abdullayev” ...

Ətraflı...

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...