"Yeni il sərgüzəştləri"...

01 Dekabr-13 Yanvar, 2022

Keçirilmiş

Yaddaşınızda uzun illər  silinməz izlər buraxacaq yeni il şənliyi arzusundasınızmı?

Qış yenə qapımızı döymək, özü ilə birgə möcüzələrlə dolu Yeni ili gətirməkdədir. Hər birimizin çox sevdiyi nağılvari bayramın başlamasına sayılı günlər qalıb. Odur ki, AMİM balaca ziyarətçilərini Yeni il sərgüzəştləri adlı musiqi dolu, əsrarəngiz macəralara qərq olmağa, əyləncəli ustad dərslərində iştirak etməyə dəvət edirik.

Şənlik alman yazıçısı Ernest Teodor Amadeus Hoffmanın xalq nağılları əsasında qələmə aldığı, işıq və kölgənin ilə həyat tapan “Fındıqsındıran və Siçanlar kralı” əsərinin tamaşası ilə başlayacaqdır. Balacalar seçimdən asılı olaraq ustad dərsinə qoşula biləcək, bacarıqlı əlləri ilə öz yeni ilin atributlarına və ya  əlvan boyalarla Yeni ilin sehri adlı kompozisiyaya həyat verəcəklər. Face-art zamanı əlvan boyaların köməyi ilə sevimli qəhramanlarının obrazına çevriləcəklər.

İlin ən əyləncəli Yeni il şənliyində iştirak etmək imkanını qaçırmayın! Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

Bədii lövhələr: Mikayıl Abdullayev...

Ətraflı...

"Həyata sevgi ilə: Mikayıl Abdullayev" s...

Ətraflı...

“Həyata sevgi ilə: Mikayıl Abdullayev” ...

Ətraflı...

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...