“Zəfərin mübarəkdir, ey vətən!”...

07 Noyabr-30 Noyabr, 2021

Keçirilmiş

İnsan qəlbinin ən böyük nəğməsi Vətəndir. Əbəs yerə deyilməyib ki, Ana kimi yar olmaz, Vətən kimi diyar. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Az yaşlı ziyarətçilərimizdə vətənə, torpağa, el-obaya sevgi, məhəbbət hissini aşılamaq məqsədi ilə Milli İncəsənət Muzeyində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

10 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Qələbə Günü kimi qızıl hərflərlə yazıldı. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyi kiçik patriotları üçün “Zəfərin mübarəkdir, ey vətən!”adlı yeni proqram təqdim edir.

Tədbirin əsas qayəsi məktəblilərə ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etmək, gələcək nəsillərə vətənimizin keşiyində layiqincə durmağa, müstəqil dövlətimizin qədrini bilməyə səsləməkdir. Proqram Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb, “Qələbə Günü” adlı mühazirə ilə davam edəcəkdir. Balacalar seçimdən asılı olaraq Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsini Puzzle- pannonu və ya quruda, suda və havada daim vətənin keşiyində dayanan Azərbaycan Silahlı Qüvvələrinin simvollarından ibarət kompozisiyanı quaş boyalarla rəngləyəcəklər. Eləcə də, balacalar Muzeyin tarixi binalarını ziyarət edərək milli və dünya bədii irsinin sehrinə qərq olacaq, milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

Əziz balalar, hər birinizi “Zəfərin mübarəkdir, ey vətən!” adlı proqramımıza dəvət edirik! Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

Bədii lövhələr: Mikayıl Abdullayev...

Ətraflı...

"Həyata sevgi ilə: Mikayıl Abdullayev" s...

Ətraflı...

“Həyata sevgi ilə: Mikayıl Abdullayev” ...

Ətraflı...

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...