"World animal day", "Dünya Musiqi Günü"...

04 Oktyabr-24 Oktyabr, 2021

Keçirilmiş

Uşaqlara erkən yaşlarından ətraf mühiti qorumağı və sevməyi məhz valideynlər aşılayırlar. Heyvanlar uşaqların inkişafında aparıcı rola malikdir. Beləki, insanların ən itaətli dostları olan heyvanlar uşaqların emosiyalarına, zehni, fiziki və sosial inkişafına olduqca müsbət təsir göstərir.

4 oktyabr –Heyvanların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli İncəsənət Muzeyi azyaşlı ziyarətçilərimiz üçün ay boyunca "World animal day" adlı tədbir proqramını təqdim edir!

Uşaqlarda heyvanlara qayğının vacibliyinin vurğulanması, xeyirxah davranmağı təmin etmək, mərhəmət və şəfqət hissinin aşılanması məqsədi daşıyan proqramda bacalacalar “Animalistik janr- zoomorf motivlər” adlı tematik ekskursiyada iştirak edəcək, sadiq dostluqdan bəhs edən "Kölgə tamaşası"nı izləyəcək, habelə kiçik sehrli əlləri ilə istəkdən asılı olaraq quaş boya ilə “Vəhşi təbiət”, “Pazl” və ya “Açarlıq” boyayacaqlar.

Əziz balalar, hər birinizi ustad dərslərində iştirak etməyə dəvət edirik. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Musiqi intəhasız, heç bir ölçüyə sığışmayan, insanın ruhuna məlhəm olan sehrbazlığın ən güclü formasıdır. 1 oktyabr - Beynəlxalq Musiqi Günüdür. UNESCO-nun qərarı ilə 1975-ci ildən qeyd edilən bu gün bütün musiqisevərlər üçün əsl bayramdır. Bu əlamətdar günlə bağlı olaraq Azərbaycan Milli İncəsənət Muzeyi “Dünya Musiqi Günü” adlı yeni tədbir proqramı təqdim edir.

Proqramında kiçik ziyarətçilərimiz dünyaca məşhur sənətkarlarının əsərlərini dinləyəcək, dünya musiqi atətləri ilə tanış olacaq, kiçik sehrili əlləri ilə “Mini orkestr” kompozisiyasını və yaxud musiqi alətlərinin imitasiyasını quaş və akril boyalarla yaradacaqlar.

Milli və dünya musiqi xəzinəsinin bənzərsiz incilərinin ifa olunduğu “Musiqili art terapiya”da iştirak edəcəklər. Eləcə də, uşaqlar Milli İncənənət Muzeyinin iki tarixi binasını ziyarət edəcək, milli və dünya bədii irsini yaşadan incilərin sehrinə qərq olaraq milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

Əziz balalar, hər birinizi bir-birindən əyləncəli və maarifləndirici ustad dərslərinin keçirildiyi “Dünya Musiqi Günü” proqramına qoşulmağa dəvət edirik.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...

"Yeni il sərgüzəştləri"...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey vətən!”...

Ətraflı...

“Mədəniyyətimizin incisi - Qarabağ”...

Ətraflı...