VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası...

06 Oktyabr-10 Oktyabr, 2021

Keçirilmiş

6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçirilir.

Kitab Sərgi-Yarmarkasında Azərbaycan Milli İncəsənət Muzeyi  "Azərbaycan Rəngkarlığı. Antologiya","Azərbaycan Dövlət İncəsənət Muzeyi", "Azərbaycan el sənəti","Natürmort haqqında hər şey", "Portret haqqında hər şey", "Mənzərə haqqında hər şey", XX əsr Azərbaycanın təsviri sənətində tanınan 45 görkəmli incəsənət xadiminin yaradıcılığını əks etdirən "Sərvət" silsiləsindən 36 kitab və eləcə də "Əsrlərin qovşağında", "Budo ruhu- Yaponiya döyüş sənətinin tarixi, "Azərbaycan incəsənəti minilliklər boyu", "Rus Avanqardı - XX əsr incəsənətinin fenomeni, "Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyadan”, "Yapon incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından","Alman incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından", "Zamanın pillələri ilə" kimi muzeydə keçirilən çoxsaylı sərgilərin kataloqları ilə təmsil olunmaqdadır.

Habelə, yarmarkanın açılış günü Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi  Çingiz Fərzəliyevin XIII əsr miniatürlərinə həsr edilmiş "Vərqa və Gülşa" kitabının da təqdimatı keçirildi.

"Vərqa və Gülşa" kitab təqdimatının açılışında çıxış edən Çingiz Fərzəliyev vurğulayıb ki: “Dünyanın ən mötəbər kitabxana və muzeylərində qorunan mədəni dəyərlərimiz ilə tanış olmaq imkanı təəssüf ki, hər birimizə nəsib olmur. Bu zaman nəşr olunan kitab və albomlar köməyimizə çatır. Türkiyənin Topqapı Sarayı muzeyində qorunan Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” əlyazmasına çəkdiyi 71 miniatürün tam cəmləşdiyi və ilk dəfə kompleks şəklində nəşr edildiyi bu fundamental kitab xalqımız üçün böyük töhfədir. Yaxın və Orta Şərq incəsənətinin ən qədim miniatürlərinə həsr edilən bu nəşr sayəsində XIII əsr Azərbaycan təsviri sənəti və onun sonrakı inkişafı haqqında dolğun təsəvvür əldə etməyə imkanı yaranır. Bu kitab mən tərəfindən XXI əsrdə XIII əsrə baxışdır”.

Təqdimatda, həmçinin söz ictimai xadim, yazıçı, publisist, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynova verilib. O, öz çıxışında bildirib ki, “Əbdülmömin Məhəmməd əl-Xoyinin yadigarı olan bu əsərlər yalnız gözəl sənət nümunələri kimi qiymətli deyil, həm də böyük yolu açan, miniatürçülüyün sabahkı yüksəlişlərinə təkan verən, bu sənətin baharını gətirən ilk qaranquşlardan biri olaraq son dərəcə əhəmiyyətlidir”.

Bütün sənətsevərləri bu unikal fürsəti qaçırmamağa və nəşrlərimizlə daha yaxından tanış olmağa dəvət edirik.

Son Sərgilər

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...

"Yeni il sərgüzəştləri"...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey vətən!”...

Ətraflı...

“Mədəniyyətimizin incisi - Qarabağ”...

Ətraflı...