II Beynəlxalq Altay Forumu...

30 Sentyabr-03 Oktyabr, 2021

Keçirilmiş

30 sentyabrdan 3 oktyabr tarixlərində Barnaul şəhəri və Qorno-Altaysk vilayətində “Böyük Altayın Türk-Moğol Dünyası: tarixi - mədəni irs və müasirlik” mövzusunda II Beynəlxalq Altay Forumu keçirildi. Azərbaycan da həmçinin tədbirdə Asiyanın türkdilli ölkələrindən biri kimi çıxış edirdi. Azərbaycan bu forumda, mədəni irs nümunələrini qoruyan və təbliğ edən Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən təmsil olunurdu. AMİM adından  İbrahimli Nigar iştirak edirdi.

Altay Dövlət Universitetinin konsert zalında təşkil olunmuş tədbirdə Rusiya Federasiyasının Təhsil Nazirliyinin , RİMM, Altay əyalətinin dövlət orqanlarının, Xarici İşlər Nazirliyinin ,Barnaul şəhərindəki nümayəndəliyi, ictimai təşkilatlar, gənclər birlikləri də iştirak edirdi. Foruma plenar iclas, elmi konfrans, müzakirə, dəyirmi masalar və ekskursiya proqramları daxil idi. Tədbirdə söz ilk öncə Altay Dövlət Universitetinin rektoru Sergey Nikolayeviç Boçarova verildi. Boçarov çıxışında forumun məhz bu torpaqlarda keçirilməsini nə dərəcə əhəmiyyətli olduğunu qeyd etdi. İlkin səbəblərdən biri kimi universitetin Böyük Altayın makro bölgəsində, yəni Rusiya, Qazaxıstan, Monqolıstan, Çin ərazilərini birləşdirən hissədə yerləşməsi, Türk sivilizasiyasının tarixi mərkəzi və vətəni sayılması ilə əlaqələndirdi. İkinci səbəb isə Altay Dövlət Universitetinin Türk-Moğol mövzusu ilə məşğul olan aparıcı mərkəzlərdən biri olması və bu istiqamətə böyük əhəmiyyət verən tanınmış  məktəb olmasını qeyd etdi. Növbəti səbəb kimi isə illərdir Mərkəzi Asiya universitetləri ilə sıx əməkdaşlıq əlaqələrini nümunə göstərdi.

20-yə yaxın dünya şöhrətli alim çıxışlarını türk-moğol dünyasının müxtəlif tarixi dövrlərinin (erkən orta əsrlərdən, müasir dövrə qədər) arxeologiyası, ənənələri, folkloru, demoqrafiyası məsələlərinə həsr edilmişdir. Məruzəçilər arasında Rusiya Elmlər Akademiyasının akademiki, akademiyanın Sibir bölməsinin Arxeologiya və Etnoqrafiya institutunun elmi rəhbəri , altayşünaslıq və türkologiya “Böyük Alyat” beynəlxalq ekspert şurasının sədri Anatoli Derevyanko, Rusiya Elmlər Akademiyasının rus tarixi institutunun Rusiya xalqları tarixi və etnoslar arası münasibətlər mərkəzinin rəhbəri Vadim Trepavlov, Qırğız Respublikası Milli Elmlər Akademiyasının akademiki Abılabek Asankanov, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının Ç.Vəlixanov adına Tarix və Etnoqrafiya İnstitutunun direktoru Ziyabek Kabuldinov, Tomsk Dövlət Universitetinin professoru Lyudmila Sherstova və başqaları iştirak etmişdir. Forumda eyni zamanda təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi baxımından,  Böyük Altayın qlobal ekoloji əhəmiyyəti mövzüsu nəzərdən keçirilmişdir.

İlk plenar iclasın yekunu Mərkəzi Asiya dövlətlərinin intellektual resurslarının toplanmasına, Rusiya və Orta Asiya xalqlarının tarixi birliyi konsepsiyasının təsdiqinə rəvac verdi. Plenar iclasın ikinci hissəsi “ Türk - Moğol dünyasında müasir siyasi və sosial proseslər ”adlanırdı. Burada hazırkı siyasi gündəmə nəzər salınmışdır. Türkiyə ətrafında mövcud siyasi vəziyyətə və Orta Asiya ölkələrinin müasir siyasətdəki roluna E.M. Primakov adına Dünya iqtisadiyyatı və Beynəlxalq əlaqələr institutunun baş elmi işçisi , Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının dosenti, etnik məsələlər üzrə Federal agentliyin Türk və Fin-Uqor xalqları komissiyasının sədri Vladimir Avatkov öz çıxışında fikir bildirdi. Forumu şərh edən V. Avatkov qeyd edirdi , ki: “ Böyük Altay ” ümumi tarixi taleyin məkanıdır. Faktiki olaraq, Rusiya türk dünyasının mərkəzidir. Biz tarixi missiyamızı, yəni türk-slavyan başlanğıclarını birləşdirə bilsək , Böyük Avrasiyada önəmli mövqeyə sahib olarıq.

Forumda Virtual Muzeyin “ Böyük Altay - Türklərin ana yurdu” adlı təqdimatı böyük marağa səbəb oldu. Altay Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru Yaroslav Frolovun dediyinə görə, altayşunaslıq və türkologiya mərkəzinin bu layihəsi, muzeoloji, arxeoloji və virtual komponentləri , yəni müxtəlif muzeylərdən türk mədəniyyəti ilə bağlı bütün materiallarını toplayaraq kataloq kimi özündə cəmləşdirir. Həmçinin Böyük Altay xalqlarının həyatında siyasi və hüquqi, etnopolitik, etnomədəni, dövlətlərarası və millətlərarası proseslərin təhlilinə həsr olunmuş iclaslarından sonra təhsil layihələri də müzakirə edildi. Forumun davamı olaraq iştirakçılar Altay Respublikası “ A.V. Anoxin adına Milli Muzeyi ”- nin tarixi və mədəni həyatının müxtəlif dövrlərini əks etdirirən ekskursiya proqramına qoşuldular.

Ekskursiyanın davamı olaraq forumun qonaqları Altay Bölgəsi ətrafında mövsüm boyu fəaliyyət göstərən istirahət mərkəzi “Manjerok” və “Malaya Sinyuka ” (1020 m) dağını ziyarət etdilər. Habelə, Çemal bölgəsinə ekskursiyanı davam etdirərək, Patmos adadasında yerləşən “Qadın manastırı”-na baş çəkildi. Konfransın təntənəli bağlanış mərasimində qonaqlara etnik üslubda şam yeməyi təqdim edildi. Şair, rəssam Karış Kergilov müxtəlif milli üslubda, özünəməxsus şəkildə ifası ilə gecəyə rəng qatdı.

Qeyd edim ki, Forum Asiya Universitetləri Birliyi, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Arxeologiya və Etnoqrafiya İnstitutu, Kazan Federal Universiteti, I. J. Balasagun adına Qırğız Milli Universiteti birgə təşkilatçılığı ilə həyata keçdi. Forumun baş media partnyoru “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi -nin Sosial Naviqator layihəsi, Beynəlxalq Media tərəfdaşı Sputnik Beynəlxalq Xəbər Agentliyi, media tərəfdaşı isə Katun 24 Regional Məlumat Kanalıdır.

Son Sərgilər

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...

"Yeni il sərgüzəştləri"...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey vətən!”...

Ətraflı...

“Mədəniyyətimizin incisi - Qarabağ”...

Ətraflı...