Neft buruqları...

22 Sentyabr-31 Oktyabr, 2021

Keçirilmiş

Ölkəmizi dünyaya tanıdan “qara qızıl” iqtisadi güc və qüdrət olmaqla yanaşı, Azərbaycan mədəniyyətində, xüsusən də təsviri incəsənətində sənətkarlarımızın ilham mənbəyi olmuşdur. Ölkəmizin gözəlliyinin, əməkçi insanlarımızın və neftçilərimizin şanlı əməyinin, neft daşlarının tərənnüm olunduğu bu tablolar mədəniyyətimizin maraqlı səhifələrindən birini əks etdirir.

20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" kimi qeyd edilməsi münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyi “Neft buruqları” adlı tədbir proqramını təqdim edir.

Layihəmizin əsas məqsədi kiçik ziyarətçilərimizə korifey rəssamlarımızın neft mövzusuna həsr etdikləri əsərlərlə tanış etmək və bu mövzuda maarifləndirməkdir. Tədbirdə uşaqlar ilk olaraq “Kölgə tamaşası”nı izləyəcək, habelə istəkdən asılı olaraq quaş boya ilə  “Neft buruqlarına” həsr olunmuş kompazisiyanı və ya pannonu boyayacaqlar. Eləcə də, balacalar muzeyin tarixi binalarını ziyarət edərək milli və dünya bədii irsinin sehrinə qərq olacaq, milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər. 

Əziz balalar, hər birinizi ustad dərslərində iştirak etməyə dəvət edirik. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...

"Yeni il sərgüzəştləri"...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey vətən!”...

Ətraflı...

“Mədəniyyətimizin incisi - Qarabağ”...

Ətraflı...