“Rənglərin simfoniyası” adlı musiqi layihəsi...

16 Sentyabr-31 Oktyabr, 2021

Keçirilmiş

Qədim yunanlar musiqini tanrıların töhfəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən ecazkar qüvvə kimi yanaşırdılar. Bildiyiniz kimi, 18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Milli İncəsənət Muzeyi Üzeyir bəy Hacıbəylinin xatirəsini yad etmək məqsədi ilə “Rənglərin simfoniyası” adlı musiqi layihəsini təqdim edir.

Layihəmizin əsas məqsədi Azərbaycan musiqi sənətinin bənzərsizliyini gənc nəslə bir daha xatırlatmaq və kiçik ziyarətçilərimizə xoş ovqat bəxş etməkdir. Kiçik ziyarətçilərimiz tədbir boyunca milli musiqi alətləri ilə tanış olacaq, musiqi mədəniyyətimizin korifey sənətkarlarının əsərlərini dinləyərək maarifləndirici ustad dərslərində iştirak edəcəklər. Ustad dərsləri balacaların musiqi duyumunun zənginləşməsinə, bədii zövq və yaradıcılıq təxəyyülünün inkişafına təkan verəcəkdir.

Tədbirdə uşaqlar ilk öncə Milli və Dünya Musiqi Gününə həsr olunmuş mühazirəni dinləyəcək və milli musiqi alətlərinin ifa olunduğu “Musiqili art terapiya”da iştirak edəcək, milli və dünya musiqi xəzinəsinin bənzərsiz inciləri ilə tanış olacaqlar. Habelə, quaş boyalarla milli və dünya musiqi alətlərinin imitasiyasını yarada və ya seçiminizdən asılı olaraq  xüsusi hazırlanmış “Muğam üçlüyü” kompozisiyanı boyaya bilərsiniz. Eləcə də, balacalar muzeyin tarixi binalarını ziyarət edərək bədii irsinin sehrinə qərq olacaq, milli keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər. 

Əziz balalar, hər birinizi bir-birindən əyləncəli və maarifləndirici ustad dərslərində iştirak etməyə dəvət edirik. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

“Vərqa və Gülşa” kitab-albomunun təntənə...

Ətraflı...

"Yeni il sərgüzəştləri"...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey vətən!”...

Ətraflı...

“Mədəniyyətimizin incisi - Qarabağ”...

Ətraflı...