Bədii lövhələr: Səttar Bəhlulzadə "Dağlar"...

02 İyun-08 Iyul, 2021

Keçirilmiş

Milli İncəsənət Muzeyi Azərbaycan rəngkarlığının ölməz sənətkarlarının yaradıcılığını yaşatmaq və yeni nəslə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı silsiləsini davam etdirir. Layihəmizin növbəti qəhrəmanı təkrarolunmaz dəsti-xətti ilə seçilən rəssam Səttar Bəhlulzadədir.

Azərbaycanı qarış-qarış gəzib dolaşmış şair ruhlu mənzərə ustasının tabloları sanki vətən torpağının portretidir. Nağıllar aləmini xatırladan Səttarın təbiət mənzərələri ilə yanaşı, dağların poetik şərhi də göz oxşayır. Kiçik ziyarətçilərimiz bu dəfə rəssamın “Dağlar” bədii lövhəsi ilə yaxından tanış olacaq, “step by step” tablonu kətan üzərinə köçürəcəklər. Eləcə də, uşaqlar təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin maddi-mədəni sərvətləri ilə tanış olacaqlar.

Bütün azyaşlı sənətsevərləri “Bədii lövhələr” adlı layihədə iştirak etməyə dəvət edirik. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

 

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

Bədii lövhələr: Tahir Salahov "Çiçəklənə...

Ətraflı...

“Milli motivlər” adlı ustad dərsi...

Ətraflı...

Bədii lövhələr: Səttar Bəhlulzadə "Dağla...

Ətraflı...

Vətən borcu, torpaq sevgisi......

Ətraflı...