"XX əsrin şərəfi, sədaqəti, qüruru və cəsarəti"...

18 May-18 May, 2021

Keçirilmiş

Muzey - cəmiyyətin müxtəlif tarixi dövrlərdə yaratdığı maddi və mənəvi irsi xüsusi qayğı ilə qoruyub saxlayan məbəddir. Lakin, o təkcə qoruyub-saxlamaqla kifayətlənmir, hər bir əsərin, eksponatın maraqlı tarixçəsini, onun haqqında mövcud hekayə və rəvayəti də araşdırıb, üzə çıxarır.

18 May - Beynəlxalq Muzeylər Günü bütün dünyada muzey əməkdaşlarının peşə bayramıdır. Məhz bu gün müxtəlif profilli muzeylərin mədəni toplumu yeni layihələrlə görüşlər təşkil edir,  sənətsevərlər isə bu əlamətdar tarixi mədəni istirahət günü elan edərək muzeylərə axın edirlər.

Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” şüarı altında qeyd olunur. Azərbaycan Milli İncəsənət Muzeyi “XX əsrin şərəfi, sədaqəti, qüruru və cəsarəti” adlı layihəsi ilə öz peşə bayramına qatılır, yeni ruh, əlvan çalar qatır. Onlayn formatda təqdim olunan layihə ilə muzey eksponatı evinizin qonağı olacaq.

Muzey əməkdaşları eksponatlara yeni nəfəs vermək üçün daim araşdırmalar aparır, əsərlərin bilinməyən, müəmmalı tərəflərini aşkar edərək yeni rəngdə təqdim edirlər.

Yeni layihəmiz  alman rəssamı fon Kaulbahın müəllifi olduğu “Yelizaveta Fyodorovnanın portreti” əsərindən ilhamlanaraq ərsəyə gəlib. Bildiyimiz kimi hər bir əsərin öz hekayəsi, tarixçəsi var. Keşməkeşli ömür sürən knyaginyanın muzeydə sərgilənən portreti də sanki onun məşəqqətli taleyini yaşayıb. Belə ki, uzun illər öz qəhrəmanının adı ilə deyil, fərqli adlarla -  “Qadın portreti”, “Aleksandra Fyodorovnanın portreti” kimi təqdim olunub.

Layihəmizdə sözügedən tabloya fərqli rakursdan baxmağa çalışacayıq.  Hekayəmiz Rus knyaginyası Yelizaveta Fyodorovna ilə Azərbaycan xalqının qəhrəman oğlu, Rusiya imperiya ordusunun generalı Hüseyn Xan Naxçıvanskinin kəsişən talelərinə həsr olunub. Bu qısametrajlı filmdə Böyük knyaginya ilə hərb və dövlətçilik tariximizdə silinməz imzası olan Kəngərli sülaləsinin dördüncü generalı, əsl şərəf və cəsarət simvolu  Hüseyn xan Naxçıvanskinin Romanovlar ailəsinə, dövlətçiliyə göstərdiyi sədaqəti ilə daha yaxından tanıyacağıq.

Hər birinizi bu tarixçəni izləməyə səsləyirik!

Son Sərgilər

Bədii lövhələr: Tahir Salahov "Çiçəklənə...

Ətraflı...

“Milli motivlər” adlı ustad dərsi...

Ətraflı...

Bədii lövhələr: Səttar Bəhlulzadə "Dağla...

Ətraflı...

Vətən borcu, torpaq sevgisi......

Ətraflı...