“Kitabını paylaş, Sənətə yaxınlaş!”...

12 Fevral-15 Fevral, 2019

Keçirilmiş

14 Fevral ”Beynəlxalq Kitab Bağışlama Günü” təqvimin ən gənc bayramlarından biridir. Bu gün kitab bağışlayan və kitaba məhəbbət bəsləyən bütün insanları eyni çətir altında birləşdirir. Əlamətdar gün münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyi ədəbiyyatla incəsənət arasında körpü yaratmaq, sənətə və ədəbiyyata sevgi aşılamaq məqsədi ilə kitabsevərlərin görüşünü təşkil edir.

12 və 15 fevral tarixlərində hər bir sənətsevər muzeyə bilet əldə etməklə “Kitabını paylaş, Sənətə yaxınlaş!” çağırışına qoşulmaq fürsəti qazanır. Böyük zövqlə oxuyub bitirdiyiniz kitablarınızı səyahətə göndərərək sənətə bir addım daha yaxın olacaq və yeni bir kitab əldə edəcəksiniz. ​

Muzey zallarında incəsənətə qərq olarkən Siz Azərbaycan və dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr bəxş etmiş şəxsiyyətlərin - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəlaləddin Rumi, Ömər Xəyyamın bədii obrazları ilə tanış olacaqsınız. Hər an qələm və dəftərçəsini götürüb şeir yazmağa hazır olan Rəsul Rzanın iti baxışları, maarifçi və fəlsəfi təfəkkürlü Volter, səhrada pərişan gəzərək öz Leylisini axtaran Məcnun, “İlahi komediya”sına baxaraq düşüncələrə dalan Dante...

Görüş yeri: Azərbaycan Milli İncəsənət Muzeyi! Bütün kitab və sənətsevərləri gözləyirik.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

Bədii lövhələr...

Ətraflı...

Month of Enlightenment ...

Ətraflı...

Milli İncəsənət Muzeyində “Novruz ahəngi...

Ətraflı...

“Novruz ahəngi” adlı sərgisi...

Ətraflı...