Kiçik sənətsevərlərin nəzərinə!...

01 Fevral-26 Fevral, 2021

Keçirilmiş

Kiçik sənətsevərlərin nəzərinə!

Fevral ayı boyunca muzeyimiz yeni ustad dərsləri ilə yenidən ixtiyarınızdadır. Muzeyimiz iki yeni proqramla kiçik dostlarını sevindirməyə davam edir. İlk proqramda Azərbaycan rəngkarlığının ölməz korifeylərinin yaradıcılığını yaşatmaq və yeni nəsilə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı layihəmizi davam etdiririk. Layihəmizin növbəti qonağı Azərbaycan rəngkarlığında özünəməxsus və təkrarolunmaz dəsti-xətti ilə seçilən şair ruhlu rəssam Səttar Bəhlulzadədir.

Kiçik ziyarətçilərimiz fərdi dəsti-xətti ilə seçilən Səttar Bəhlulzadənin bənzərsiz lövhələrlə tanış olacaq, təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, eləcə də ustad dərslərində iştirak zamanı rəssamın “Kəlağayı ilə natürmort” tablosunun imitasiyasını yaradacaqlar.

Sənətsevərlər vətən mövzusuna həsr olunmuş “Azərbaycan, eşsiz yurdum oy!" adlı növbəti ustad dərsində iştirak edəcək, interaktiv ekskursiya ilə muzeyə səyahət edəcəklər.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

“Unudulmaz faciə” adlı sərgi keçirildi...

Ətraflı...

Televiziya kanalları rəhbərləri arasında...

Ətraflı...

“Kitabını paylaş, Sənətə yaxınlaş!”...

Ətraflı...

"Qaraj" Müasir İncəsənət Muzeyi ilə onla...

Ətraflı...