Qarabağ Azərbaycandır!...

05 Oktyabr-05 Noyabr, 2020

Hal hazırda keçirilir

Könlümün sevgili məhbubu mənim,

Vətənimdir, vətənimdir, vətənim!

İnsan qəlbinin ən böyük nəğməsi Vətəndir. Əbəs yerə deyilməyib ki, Ana kimi yar olmaz, Vətən kimi diyar. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Vətən oğullarının qələbəyə doğru irəlilədiyi bu günlərdə yetişən nəsildə vətənə, torpağa, el-obaya sevgi, məhəbbət hissini aşılamaq məqsədi ilə Azərbaycan Milli İncəsənət Muzeyi “Qarabağ Azərbaycandır!” adlı müsabiqə elan edir.

Müsabiqə Azərbaycanın dilbər guşəsi, sənət beşiyi, istedadlar diyarı, alim, yazıçı, şair, rəssam və musiqiçilərin vətəninə həsr olunub. Heç şəksiz Qarabağ Azərbaycanın döyünən ürəyidir.

Qəlbi vətən qələbəsi, eşqi ilə çırpınan bütün  məktəbliləri  uzun illər həsrətində olduğu vətən torpağının səfalı yaylaqlarını, gözoxşayan ormanlarını, vüqarlı dağlarını və şairanə təbiətini vəsf etməyə, müzəffər ordumuzun  şanlı  qələbəsini, ərənlərin döyüşçü ruhunu təcəssüm etdirən əsərlər yaratmağa səsləyirik.

Müsabiqədə məktəblilər nəhayətsiz yaradıcı təxəyyüllərinə incəsənətin rəngkarlıq, qrafika, heykəltəraşlıq, xalça, bədii şüşə və tikmə, ağac üzərində oyma, batika növlərində həyat verəcəklər.

Müsabiqəyə göndəriləcək əsərlər saytda dərc olunacaq. İzləyicilərin rəyləri də nəzərə alınmaqla, Münsiflər Heyyəti müsabiqə iştirakçılarını sadalanan incəsənət növlərində 8 nominasiya üzrə qiymətləndirəcək.  

Qaliblər Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək mərasimdə elan olunacaq, onlara diplom və digər hədiyyələr təqdim olunacaq.

Müsabiqə 05.10.2020-ci il tarixindən 05.11.2020-ci il tarixinədək davam edəcək.

Qeyd edək ki, əsərlər nationalmuseum.az@gmail.com ünvanına və “müsabiqə üçün” qeydi ilə 31 oktyabr 2020-ci il tarixindən gec olmayaraq göndərilməlidir.

 

Daha ətraflı məlumat üçün (+994 12) 492 07 07 telefon nömrəsinə müraciət edə bilərsiniz. 

Son Sərgilər

Qarabağ Azərbaycandır!...

Ətraflı...

“Güllələnmiş heykəllər” ziyarət olunub...

Ətraflı...

Muzeyə dönüş!...

Ətraflı...

Milli İncəsənət Muzeyinin media üçün məl...

Ətraflı...