Muzeyə dönüş!...

15 Sentyabr-01 Oktyabr, 2020

Keçirilmiş

Əziz balacalar! Sizləri muzey məkanında yenidən qarşılamaq üçün günləri sayırıq. Sentyabr ayı boyunca muzeyimiz bir-birindən maarifləndirici və əyləndirici ustad dərsləri ilə ixtiyarınızdadır.

Muzeyimiz üç yeni proqramla kiçik dostlarımızı sevindirir. İlk proqramımız mədəniyyət tariximizin əlamətdar günlərindən biri olan. Milli Musiqi Gününə həsr olunub. Milli musiqimizi tanıtmaq, yaşatmaq və milli alətlərə sevgi aşılamaq məqsədilə  kiçik ziyarətçilərimiz üçün bayram əhval-ruhiyyəli “Rənglərin melodiyası” adlı proqram təqdim edilir. “Musiqi palitrası” və “Musiqi alətlərinin imitasiyası” mövzusunda ustad dərslərində iştirak etməyə dəvət edirik.

“Muzeyin əlifbası” adlandırılan növbəti  ustad dərsimizdə balaca sənətsevərlər müasir Azərbaycan boyakarlıq sənətinin şair ruhlu rəssamı Səttar Bəhlulzadənin “Kəlağayı ilə natürmort” tablosunu yaradacaq,  təsviri sənətin janrlarını öyərənəcək və «Meyvələrin söhbəti» adlı kölgə tamaşasını izləyəcəklər.

Muzeyimizin kolleksiyasında yer alan bədii inciləri tanıtmaq və yaşatmaq məqsədi ilə yeni mövsümdə də “Bədii lövhələr” adlı layihəmizi davam etdiririk. Layihəmizin növbəti mövzusu milli mədəniyyətimiz tarixində özünəməxsus yer tutan Azərbaycan xalçaçılıq sənətinə həsr olunub. Balaca dostlarımız Azərbaycan xalçaçılıq məktəbləri, xalça növləri, tipləri haqqında məlumat əldə edəcək, «Ovçuluq xalçası» nın fraqmentini bəzəyəcək, kölgə tamaşası və string-artda iştirak edəcəklər.

‼‼Kiçik qonaqlarımız eləcə də, muzeyimizdə sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar. Ustad dərslərdə istifadə olunan bütün materiallar muzey tərəfindən təmin edilir və uşaqlar əlləri ilə yaratdıqları nümunəni özləri ilə aparırlar.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

Qarabağ Azərbaycandır!...

Ətraflı...

“Güllələnmiş heykəllər” ziyarət olunub...

Ətraflı...

Muzeyə dönüş!...

Ətraflı...

Milli İncəsənət Muzeyinin media üçün məl...

Ətraflı...