Muzeydə qabaqlayıcı və operativ tədbirlər həyata keçirilib...

08 Mart-09 Mart, 2020

Keçirilmiş

Azərbaycan Milli İncəsənət Muzeyində Koronavirus (COVİD-19) epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilmişdir. Belə ki, Milli İncəsənət Muzeyi öz növbəsində aidiyyatı quruma müraciət etmiş və cari ilin 8-9 mart tarixlərində muzeyin bütün məkanı - ekspozisiya, fond saxlancları, xidməti otaqları və sanitar - gigiyenik təyinatlı sahələr dezinfeksiya olunmuşdur.

Sanitar - epidemoloji işlərlə yanaşı, mövcud infeksiya ilə bağlı təbliğat - təşviqat və maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə uyğun olaraq muzeyin əməkdaşları virus və onunla mübarizə metodları, xəstəliyinin simptomları, tibbi profilaktik tədbirlər haqqında məlumatlandırılmışdır.

Qeyd edək ki, ümumilikdə hər ayın sonuncu bazar ertəsi günləri Azərbaycan Milli İncəsənət Muzeyində sanitar - profilaktik tədbirlər həyata keçirilir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...