8 Martdır, Anacan...

27 Fevral-31 Mart, 2020

Keçirilmiş

8 martdır, anacan,

Gəl öpüm üz-gözündən.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur.

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz ana adı ilə bağlı olmuşdur.

Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür.

Bəşəriyyət tarixində əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Milli İncəsənət Muzeyi “8 martdır, Anacan” adlı tədbir proqramı təqdim edir.

Kiçik ziyarətçilər “Anama hədiyyə” adlı ustad dərsində iştirak edərək sehirli toxunuşlarla “gül buketi” hazırlayacaq, milli nağıllarımız əsasında hazırlanmış  “Kölgə tamaşa”sını izləyəcək, muzeyin misilsiz bədii incilərlə tanış olacaqlar.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...