Novruz gəlir, Yaz gəlir...

27 Fevral-31 Mart, 2020

Keçirilmiş

İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təzyiqlərə məruz qalmasına baxmayaraq, günümüzədək gəlib çatmışdır.

Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.  Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də bir çox xalqların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.

Azərbaycan Milli İncəsənət Muzeyi baharın gəlişi münasibətilə mart ayı boyunca kiçik ziyarətçiləri üçün "Novruz gəlir, Yaz gəlir" adlı xüsusi əyləncəli proqram təqdim edir. Proqramda kiçik qonaqlarımza Novruz adətlərindən bəhs ediləcək və daha sonra balacalar müxtəlif ustad dərslərində əyləncəli anlar yaşayacaqlar.

Həmçinin, Respublika İncəsənət Gimnaziyasının tələbələri xüsusi musiqili proqramı ilə tədbirimizə xoş ovat qatacaqlar.

Həmçinin muzeyin “Azərbaycan İncəsənəti minilliklər boyunca” nümayiş olunan daimi ekspozisiyasını izləyəcəklər.

Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...