Milli İncəsənət Muzeyinin kollektivi Cocuq Mərcanlıda...

24 Fevral-24 Fevral, 2020

Keçirilmiş

Bu gün Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivi Azərbaycanın Cəbrayıl rayonunun 2016-cı ildə aprel döyüşlərində işğaldan azad olunmuş, Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Xocalı faciəsi haqqında xüsusi bədii əsərlər yaratmış rəssamların yaradıcılığı Cocuq Mərcanlı kəndinin orta məktəbinin pedaqoji kollektivi və şagirdlərinə təqdim edilmişdir. Elmi işlər üzrə direktor müavini Xədicə Əsədova slaydlar və video çarxlar vasitəsilə muzeyin fəaliyyəti barədə geniş məlumat verib, Sərgi şöbəsinin müdiri Araz Osmanov isə qədim Xocalı-Gədəbəy mədəniyyəti haqqında danışıb. Muzeyin zəngin kolleksiyasında bu mövzuda qorunub saxlanılan əsərlərdən ibarət səyyar sərgi məktəblilərə təqdim olunub. Sonra Elmi-kütləvi şöbəsinin əməkdaşı Vüsalə Hümbətli "Xocalı harayı" adlı mühazirəsi ilə çıxış edib. Muzeydə qorunan əsərlərin müasir təbliğindən danışan İnnovasiya şöbəsinin müdiri Səbinə Ağamirova çıxışında muzeyin yeni nailiyyətlərindən də söz açmışdır.

Görüş zamanı Prezident İlham Əliyevin tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri kimi inşa olunan məscidi, eləcə də muzey binası, məktəb kitabxanası, sığınacağı və sair məkanlar ziyarət olunub. Müasir və yüksək keyfiyyətli təchizatı ilə fərqlənən bütün inzibati binalar kəndin dinc və qayğısız həyatından xəbər verir, düşmən və müharibənin cəmi 700 metrlik məsafədə olduğunu inanılmaz edirdi. Tədbirin sonunda məktəblilər muzeyə dəvət olunmuş, bu xüsusi günü əbədiləşdirmək və muzey ilə cəbhəyanı kənd arasındakı məsafəni azıcıq da olsa qısaltmaq məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi N.Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbinə rəsm əsəri hədiyyə etmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyi Cocuq Mərcanlının məktəb direktoru Zamin Həziyevə əmakdaşlıq və səmimi qarşılamağa görə dərin minnətdarlığını bildirir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...