"Fəxri qonaq ölkə" statusu...

19 Fevral-19 Fevral, 2020

Keçirilmiş

2020-ci ildə keçiriləcək növbəti Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq. 

19 fevral tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin Muzeylərlə iş sektorunun müdiri Nərgiz Abdullayeva Rusiya Dövlət Ermitajının direktoru Mixail Piotrovski ilə görüş keçiriblər.

Görüş zamanı ölkəmizin "Fəxri qonaq ölkə" qismində iştirakı ilə bağlı silsilə tədbirlərin keçirilməsi müzakirə olunub. Həmçinin Dövlət Ermitajında qorunub saxlanılan Azərbaycan mədəniyyət nümünələri ilə tanışlıq olub, restavrasiya mərkəzində eksponatların nümayişi baş tutub və ölkəmizə ayrılacaq zallar müəyyən edilib.

Qeyd edək ki, forum çərçivəsində Dövlət Ermitajında keçiriləcək silsilə tədbirlərin və ölkəmizin mədəniyyətinin təbliğ edilməsi məqsədilə burada qorunub saxlanılan Azərbaycan mədəniyyət nümunələrindən ibarət daimi ekspozisiyanın təşkili planlaşdırılır.

Son Sərgilər

“Güllələnmiş heykəllər” ziyarət olunub...

Ətraflı...

Muzeyə dönüş!...

Ətraflı...

Milli İncəsənət Muzeyinin media üçün məl...

Ətraflı...

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...