Deyirlər ki, toy olacaq!...

13 Fevral-13 Fevral, 2020

Keçirilmiş

Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Xalqımızın milli-estetik dəyərlərin tərənnümçüsü olan  toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.

Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi xalqımızın  nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrini müzakirə etməyə, eləcə də  toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir. Qonaqlar bu əski ənənəmiz barədə onları daim maraqlandıran sualları birbaşa etnoqraf-alim Solmaz Məhərrəmovaya yönəldə biləcəklər.

Azərbaycanın müxtəlif bölgələrində toy mərasimlərinin keçirilmə qaydalarından, yerli adət-ənənələrdən söhbət açacağıq.

Tədbir 13 fevral 2020-ci il, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcəkdir.

Giriş sərbəstdir.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...