Aleksandr Kibovski Muzeyinin qonağı olmuşdur...

24 Yanvar-24 Yanvar, 2020

Keçirilmiş

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Moskva hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə 2020-ci ilin 23-25 yanvar tarixində Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans keçirilir.

“Bakı-Moskva: Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Moskva Hökumətinin naziri, Moskva şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski 24 Yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin qonağı olmuşdur.

Nazir maddi-mədəni irsimizin qoruyub saxlandığı Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edərkən milli təsviri və tətbiqi sənət inciləri,  eləcə də  ölkəmizin çoxəsrlik geniş mədəni əlaqələrindən xəbər verən Qərb və Şərq incəsənəti nümunələri ilə tanış olmuşdur.

Həmçinin nazir Azərbaycan Milli İncəsənət Muzeyinin zəngin fondlarını ziyarət etmiş, Qrafika və Rəngkarlıq əsərləri onun böyük marağına səbəb olmuşdur.

Qonaq - Aleksandr Kibovski  Azərbaycan Milli İncəsənət  Muzeyində  yaradılan şəraiti yüksək dəyərləndirərək, Muzeyin rəhbərliyə və onun kollektivinə xüsusi minnətdarlığını bildirdi.

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...