"Qan yaddaşımız" adlı sərgi...

17 Yanvar-31 Yanvar, 2020

Hal hazırda keçirilir

20 yanvar 1990-ci illər...

Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış gün.

Zamansız faciə.

30 il əvvəl Azərbaycanın məğrur övladları bir yumruq kimi düyünlənərək öz doğma torpaqlarının azadlığı naminə ayağa qalxdılar. Sovet İttifaqının hərbi güc strukturlarına qarşı dayandılar. Bu təcavüz – öz milli istiqlaliyyəti və respublikasının dövlət suverenliyi uğrunda haqq səsini ucaldan dinc əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biridir.

Yüzlərcə günahsız qətlə yetirilənlər - ümumilli kədərin dinməz ağrısıdır. Onların vətəndaşlıq rəşadəti - Azərbaycan xalqının ərənliyinin və sarsılmaz iradəsinin göstəricisidir. Bu rəşadət ulu əcdadlarımızdan, o cümlədən ilk Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından bizə miras qalan ideallara və prinsiplərə sədaqətinin sübutudur.

17 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Ümumxalq Hüzn Gününə həsr olunmuş “Qan yaddaşımız” adlı sərgi keçirildi. Ekspozisiyaya Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Əmirbəy Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, Sahib Quliyev kimi rəssamların "Bakı müsibəti", "19 yanvar 1990-cı il", "Şəhidlər","Narahat axşam", "Təcavüz","Şəhidlərə ithaf", “Allah bizə kömək olsun", eləcə də bu mövzuya həsr olunmuş digər əsərlər daxil edilmişdir.

Sərginin açılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini, Əməkdar mədəniyyət işçi Xədicə Əsədova muzeyin direktoru professor Çingiz Fərzəliyevin adından salamdı. Bu tarix ilə bağlı xatirələr bizim üçün daima ağrılıdır və sərgi bizim qəlbimizi inlədən kədərə toxunur. Sərgilənən 70-ə yaxın əsər həmin dəhşətli gecədən danışır. Onlar - rəssam qəlbinin manifesti, qanlı xəyanətin təcəssümüdür.

Daha sonra Hərbi Dəniz donammasının nümayəndəsi İsmayıl Rzayev çıxışında 20 yanvar 1990-cı il - Qanlı Yanvar Gününü xatırladı. Bu gecə - əliyalın, sadə insanların şücaətinin abidəsinə çevrildi. Öz həyatını xalqın azadlığı uğrunda qurban vermiş insanlar bizim hər birimizin qəlbində əbədi yaşayır və yaşayacaq! Biz xalqımızın qanı bahasına qazandığı Azərbaycanın müstəqilliyini qoruyub saxlayan Ümummilli lider Heydər Əliyevə minnətdarıq!

Dinməyən ağrımızla bağlı tədbirə toplaşanlar qarşısında Fəxri mədəniyyət işçisi Araz Osmanov çıxış edərək, “Biz 1990-cı il “Qanlı yanvar” hasdisələrinin şahidlərik. Azərbaycan Milli İncəsənət Muzeyi olaraq hər il Vətən uğrunda şəhid olanların əziz xatirəsini uca tutur, bu günün gələcək nəsillərin yaddaşında əbədiləşməsi məqsədilə sərgilər keçiririk”, dəyə bildirdi.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular, ekspozisiyada nümayiş edilən bədii əsərlərin hekayəsindən bəhs edən ekskursiyanı dinlədilər.

Son Sərgilər

"Qan yaddaşımız" adlı sərgi...

Ətraflı...

Bədii Lövhələr:Tahir Salahov-Eyfel Qüllə...

Ətraflı...

Xalq rəssamı Nadir Qasımovun 90 illik yu...

Ətraflı...

Yeni il möcüzəsi...

Ətraflı...