Bədii Lövhələr:Tahir Salahov-Eyfel Qülləsi...

14 Yanvar-31 Yanvar, 2020

Keçirilmiş

Milli İncəsənət Muzeyi Azərbaycan rəngkarlığının ölməz korifeylərinin yaradıcılığını yenidən yaşatmaq və yeni nəsilə tanıtmaq məqsədi ilə “Bədii lövhələr” adlı layihəsini davam etdirir. Layihəmizin növbəti qəhrəmanı Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, təsviri sənətimizə yeni bədii baxışın başlanğıcını qoyanlardan biri  Tahir Salahovdur. Tahir Salahov yaradıcılığı yalnız müəllifin dünyaduyumunu deyil, həm də хaraktеrini, könül cizgilərini əks еtdirir. 

Kiçik ziyarətçilərimiz fərdi üslubu və orijinal dəsti-xətti ilə seçilən Tahir Salahovun yaradıcılığı və bənzərsiz lövhələri ilə tanış olacaq, eləcə də ustad dərslərində iştirak edərək rəssamın “Eyfel qülləsi” tablosunun imitasiyasını yaradacaqlar.

Ustad dərslərində uşaqlar, həmçinin təsviri sənətin müxtəlif janrlarını kəşf edəcək, muzeyin ekspozisiyasında sərgilənən mədəniyyətimizin milli-mədəni sərvətləri ilə tanış olacaqlar.

Milli İncəsənət Muzeyi bütün azyaşlı sənətsevərlərini “Bədii lövhələr” adlı layihədə iştirak etməyə dəvət edir. Təqdim olunan xidmətlərin yüksək keyfiyyətdə həyata keçirilməsi üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

AMIM-in Koronavirusla Mübarizə Fonduna d...

Ətraflı...

Muzeydə qabaqlayıcı və operativ tədbirlə...

Ətraflı...

Zeynəb Nəcəfzadənin fərdi sərgisi ...

Ətraflı...

Novruz gəlir, Yaz gəlir...

Ətraflı...